İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıda aşkar edilən yeni məzarlıqdan VİDEO, FOTOLAR

801 31.03.2024 14:10 Qarabağ xəbərləri A A

Xocalıya ezam edilmiş media nümayəndələri iki gün əvvəl aşkar edilmiş məzarlıqda olublar.

Musavat.com xəbər verir ki, məzarlıqda tapılan qalıqların ən azı üç nəfərə məxsus olduğu deyilib.

Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovun sözlərinə görə, ərazidə qazıntı işləri davam etdiriləcək. Qazıntı işləri başa çatandan sonra qalıqlar Bakıya aparılacaq.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR