İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xocalı aeroportuna Əlifin adı verilsə..." - Milli Qəhrəmanın bacısı

832 19.04.2024 09:57 Ölkə A A

“Mən bu xəbəri eşidəndə kövrəldim, ağladım. Həm də sevindim ki, qardaşım Əlifin uğrunda döyüşdüyü, qanı bahasına müdafiə etdiyi Xocalı aeroportu azad oldu”.

Bunu Bakupost.az-a açıqlamasında Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə xanım deyib.

O, Xocalı aeroportuna şəhid qardaşının adının verilməsini arzuladığını bildirib:

“Ümidvaram ki, Xocalı aeroportuna Əlifin adını verərlər. Məsləhət dövlətimizin və onun başçısınındır. Biz hamımız Prezidentimizin qarşısında baş əyirik. Allah ona uzun ömür, can sağlığı versin. Əlifin adı Xocalı aeroportuna verilsə, ruhu şad olar, hamımız sevinərik”.

Qeyd edək ki, rus sülhmərmalı kontingentinin Qarabağda tərk etdiyi ərazilər sırasında Xocalı aeroportu da var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR