İnsanlara hürriyət, millətlərə istiqlal!

Xilas yolumuz türk dünyasının güclü olmasından keçir - deputat

454 07.04.2024 14:23 Siyasət A A

“Dünya ağır və mürəkkəb mərhələyə daxil olub. Sanki bir sıra dövlətlər üçüncü dünya müharibəsinin baş verməsini qarşılarına məqsəd qoyublar. Bu mənada prosesləri təhlil edərkən qarşımızda duran ən mühüm vəzifələrdən biri türk dövlətləri arasında əlaqələrin və münasibətlərin daha da gücləndirilməsi, inkişaf etdirilməsidir”.

Bu fikirləri Musavat.com-a millət vəkili Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, türk dünyasının gücləndirilməsi üçün ciddi addımlar atılmalıdır:

“Bizim xilas yolumuz türk dünyasının güclü olmasından keçir. Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində və aprelin 5-də Mövlud Çavuşoğlu ilə görüşdə səsləndirdiyi kimi, “Türk dünyası bizim bir ailəmizdir”. Türk dünyasının birləşməsi dünyamıza sabitlik, əmin-amanlıq, regional təhlükəsizlik vəd edir. Biz əsrlər boyu bunun nəticəsini görmüşük. Bu həmrəyliyin gücləndirilməsi üçün addımlar atılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunun üçün ciddi səylər göstərirlər. Bu da əlaqələrimizin daha da möhkəmlənməsinə ciddi müsbət töhfələr verir. İnanıram ki, gələcəkdə də belə davam edəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR