İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəvaric və təkfirçilər Əlixan Musayevi məscidə buraxmadılar

4832 17.01.2014 23:47 Son xəbər A A
Suriyada radikal dini qruplaşmalar arasında gedən döyüşlərə dəstək nümayiş etdirən Əlixan Musayevə Müşfiqabad məscidində dərs demək qadağan edilib. Qəsəbə dindarlarının Musavat.com-a verildikləri məlumata görə, Əlixan Musayevin bu gün Müşfiqabad qəsəbəsindəki məsciddə dərsi olub. Xəvariclər və təkfirçilər etiraz ediblər ki, Əlixan onların yanında Suriyada cihad fətvaları verir, amma mediada başqa sözlər danışır. Onlar iddia ediblər ki, Əlixan Musayev ikiüzlüdür. Beləliklə, hələlik Müşfiqabad məscidində Əlixan Musayevə dərs deməsi qadağan olunub. Müşfiqabad məscidinin xəvariclərə və təkfirçilərə qoşulan imamı Mübariz Qaçayev Əlixan Musayevə zəng edərək, məscidə gələməməsini bildirib.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR