İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən Azərbaycana ev heyvanını neçə gətirmək olar?

15403 16.05.2014 19:40 Maraqlı A A

Belə suallardan biri oxucu S. Bəkirovdan gəlib. O, bildirir ki, Almaniyadan it balası (küçük) alıb və maraqlanır ki, heyvanların Azərbaycana gətirilməsinin qanuni yolu necədir? 

Vətəndaşın sualına “Röyal Canin” Veterinar Klinikasının əməkdaşları cavab verir: 

-Əgər siz Almaniyadan Bakıya it gətirmək istəyirsinizsə, o zaman ilk növbədə bilməlisiniz ki, daşınma xərcləri aviaşirkətdən asılıdır. Bu zaman aşağıdakı qaydaları bilməlisiniz: sahibi it və ya pişiyi həmin heyvanların aparılacağı ölkənin dövlət veterinar orqanları tərəfindən tərtib olunmuş beynəlxalq pasportları olduqda və ya beynəlxalq veterinar sertifikatlar əsasında xaricdən gətirə bilər. Bu sənədlərdə heyvanın sağlam olduğu və ona quduzluq əleyhinə peyvənd vurulduğu haqda qeyd olmalıdır. Peyvənd çıxarılma tarixinə ən azı 30, uzağı isə 12 ay qalmış edilməlidir.

İtin yaxşı oxunan yarlığı və ya xüsusi fərqləndirici çipi olmalıdır. Heyvanın təyyarə ilə daşınması baqajın əlavə yükünün ordinar qiymətinə uyğun həyata keçirilir. Nə heyvanın özünün, nə də onu qəfəsinin çəkisi pulsuz yük kateqoriyasına aid deyil. Şirkət sərnişin salonunda pulsuz daşınmanı lal-karlar üçün təmin edir, lakin bu zaman sərnişinin karlığı xüsusi sənədlə təsdiqlənməlidir. 

Buruntaqda olan it sərnişin salonunda daşınır, lakin onun üçün xüsusi yer nəzərdə tutulmur. Salonda 5 kq-adək çəkisi olan pişik, it, həmçinin ev quşları, o cümlədən tutuquşu və bülbül aparmaq olar. İt-pişiklər xüsusi qəfəsdə və ya zənbildə, yaxud çantada olmalıdır. Taxta qəfəslər məqbul sayılmır. 

Bundan əlavə, xaricdən heyvan gətirmək istəyən şəxs məsləhətdi ki, aviaşirkətin saytına daxil olub məsələnin incəlikləri ilə daha ətraflı tanış olsun. Unutmaq lazım deyil ki, ödənişə həm də heyvanın çəkisi daxildir. O, yaşlı və çəkisi böyükdürsə, daşınmaya görə vergi də çox olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR