İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən KÜTLƏVİ QAÇIŞ başladı: separatçılar HƏRƏKƏTƏ KEÇDİ, sabahdan...

1724 18.09.2023 16:55 Qarabağ xəbərləri A A

Qarabağdakı ermənilərin kütləvi şəkildə Ermənistana köçü başlayıb.

İndiyə qədər əsasən “müalicə” adı altında Ermənistana gedənlər indi “tələbə” adından istifadə edirlər. “Tələbə” adı altında gedənlər arasında Ermənistan ordusunun Qarabağda qalan hərbçiləri də var.

Kütləvi köç separatçıları narahat etməyə başlayıb və onlar erməni əhalisinə müxtəlif vasitələrlə xəbərdarlıq edirlər. Özünü “ictimai fəal” kimi təqdim edən separatçı rejimin adamı Vlad Balayan Ermənistana gedənlərin qarşısını alacaqlarını bildirib.

“Tələbə adı altında ailələri ilə birlikdə Ermənistana qaçanları buna son qoymağa çağırırıq. Mən hamıya xəbərdarlıq edirəm: Qarabağı tərk etməyin, sabahdan buna icazə verməyəcəyik, heç kim Qarabağı tərk edə bilməyəcək. Bunun üçün Laçın yolunu da bağlayacağıq”, - o təhdid edib. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR