İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə Azərbaycan işığı – demişdik axı, işıq gələn tərəfə gedin!

3233 24.09.2023 23:11 Yazarlar A A

Günün möhtəşəmliyinə baxın! Əvvəlcə Azərbaycanın qəhrəman ordusunun zabiti Ağdərənin girişində, ermənilərin qondarma yarlığının üzərində Azərbaycan bayrağını asdı, ardınca Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrıldığı, Azərbaycanın elektrik sisteminə qoşulduğu barədə xəbərlər, kadrlar yayıldı!

Neçə müddət idi Qarabağın erməni əhalisinə İŞIQ GƏLƏN TƏRƏFƏ getmək çağırışı edirdi Dövlətimiz. Amma xunta rejiminin, həmçinin Ermənistanın və ermənilərdən maşa kimi yararlanan dairələrin girovluğunda olanlar it hürən tərəfə getməyə üstünlük verirdilər. 44 günlük müharibədən sonra baş verənlərdən dərs almaq, Azərbaycan xalqından və dövlətindən üzr istəyib, əfv diləmək, bayrağımızın qarşısında diz çökmək, Konstitusiyamıza and içib, bir də belə qələti etməyəcəklərinə söz vermək əvəzinə, yenə də mundar xislətlərindən əl çəkmədilər. Ötən 2 il 10 ay ərzində nə qədər itkilərimiz oldu, onların bu, xain fəaliyyətinin nəticəsində! 300-dən artıq mina qurbanı, ayrı-ayrı vaxtlarda törədilən alçaq təxribatların nəticəsindəki itkilər, şəhidlər, yaralılar! Elə sonuncu, 24 saatlıq antiterror əməliyyatı da keçirilməyə bilərdi, əgər erməni caniləri yol çəkənlərimizin, asayişi qoruyanlarımızn ayağının altında mina basdırmasaydılar, insanlarımıza terror etməsəydilər! Elə bu gün, Azərbaycan Qarabağ ermənilərinə çörək verərkən, Xankəndiyə işıq çəkərkən, getmək istəyənləri təhlükəsizlik şəraitində Gorus tərəfə yola salarkən bir zabitimiz mina partlayışından şəhid oldu! Bu gün bir erməninin belə burnu qanamadı, amma Azərbaycan zabiti şəhid oldu! Bunun əksi baş versəydi, ermənilər, erməniçilər şivən salardılar! Amma görün Azərbaycanın igid oğlunun ayağının altına mina basdırılması faktına reaksiya varmı, erməni canilərinin mühakiməsinə çağırış varmı? Yoxdur! Qırılıblar, səsləri kəsilib, kar, kor, lal olublar ABŞ, Fransa Senatında, BMT Təhlükəsizlik Şurasında, Baş Assambleyasında Azərbaycanın qarasına deyinənlər, saxta ittihamlar səsləndirənlər, erməni terrorunu, separatizmini dəstəkləyənlər!

Azərbaycanın dövlət başçısı əmin etmişdi ki, Qarabağdakı silahlılar təslim olmayınca, cəzalandırma tədbirləri dayandırılmayacaq! Dedi, oldu! Eyni zamanda bildirmişdi ki, cinayətdə iştirakı olmayan, dinc ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, onların hüquq və azadlıqları, rifahı təmin ediləcək, təbii ki, ölkənin digər vətəndaşlarından hər hansı üstün statusları olmamaq şərtilə. Hətta əməliyyat günündə və ondan sonra köməyə ehtiyac duyan mülki ermənilərə yardım göndərilməsi, yaralıların təxliyəsi, yaralarının sarınması, onlara ərzaq çatdırılması və digər addımlar da Azərbaycan dövlətinin millətindən asılı olmayaraq, öz vətəndaşına sahib çıxmaq əzmində olduğunu bir daha təsdiqlədi. Baxmayaraq ki, ermənilər nə Ermənistandakı, nə də Qarabağdakı azərbaycanlılara, öz yurd-yuvasından didərgin saldıqları insanlara qarşı bu humanizmin milyonda birini göstərməmişdilər, onları qətlə yetirmiş, ayaqyalın, başıaçıq didərgin salmışdılar, evlərini talamışdılar. Amma Azərbaycan dövləti, onun əsgəri, polisi, təhlükəsizlik xidməti əməkdaşı ermənilərin yamanlarına yamanlıqla qarşılıq vermədi, dünyaya nümunə olacaq şəkildə qarşılıq verdi. 

4b069337-65d4-460b-94ee-46db6d6ce5c9.jpg (67 KB)

Bütün bunlara baxmayaraq, David Babayanın sözləri ilə desək, ermənilərin 99,9 faizi Qarabağdan getmək niyyətindədir, artıq bu gün – 24 sentyabrda 1050 nəfər Gorus tərəfə keçib. Özləri bilər, Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, lap Marselə, Los-Ancelsə köçsünlər, gedib orda “sarsaq” qursunlar. Gedərkən həm Ermənistan mediasına, həm də Rusiya mətbuatına hər hansı təzyiqlərlə üzləşmədiklərini söyləyən ermənilərin az sonra “genosid”ə məruz qaldıqlarını iddia etdiklərini də eşidə bilərik. İlk dəfə deyil ki. Onlardan hələ çox istifadə etməyə çalışacaqlar. İstisna deyil ki, Azərbaycanın bu qədər insani münasibət göstərməsinin qarşılığında belə, ermənilərin köçünü təşkil etməklə bəzi dairələrin planı var, ölkəmizə təzyiq üçün. Necə ki, vaxtilə Osmanlıya xəyanət edən ermənilər kütlvi şəkildə köçürülmüşdülər, sonradan bunu “genosid” kimi təqdim etdilər bütün dünyaya, saxtakarlıq bir sərdən çoxdur davam edir. Amma bu dəfə keçməyəcək, ingternet əsridir, bütün faktlar hətta kosmosdan qeydə alınır, gedənlərlə bağlı faktlar toplanır, çəkilişlər aparılır. Azərbaycan ordusu hətta əməliyyatın gedişində o qədər səliqəli davrandı ki, erməni mülki əhaliyə xətər toxunmadı. Belə bir davranış dünyanın heç bir ölkəsində olmayıb, bu bir Azərbaycan nümunəsidir!

Şübhəsiz ki, bölgədən tezliklə getmək istəməyən Rusiya Qarabağdakı erməniləri tam şəkildə çıxarmaq istəməyəcək, hətta onlar getmək istəsələr belə. Neçə ki, neçə gündür Xocalı şəhər hava limanı ətrafına toplaşmış ermənilər üçün çadırlar qurulub, onlar yerləşdirilib və hətta ermənilərin Xankəndidə yerləşdirildiyi haqda məlumatlar var. 1805-ci ildə, Kürəkçay müqaviləsi imzalanandan sonra ilk qornizonunu yerləşdirdiyi Xanın kəndində Rusiya öz sələfinə uyğun davranmağa çalışacaq. Əks təqsdirdə, bu gün Rusiya hərbi kontingentinin komandanı Xankəndidəki erməni keşişlərə ikona hədiyyə edib, onları himayə edəcəyi barədə vəd verməzdi. Şimal qonşumuz yenə də əlində nələrsə saxlamağa cəhd göstərir. Ermənilər bu dəfə də maşa olmaqdan vaz keçməsələr, Azərbaycanın işığında Azərbaycana qarşı yenə də xəyanətə əl atmaq fikrinə düşsələr, növbəti dəfə fəlakətlə üzləşəcəklər və onları fələk də əlimizdən ala bilməyəcək! 

18c3731b-7ff0-4ffe-a0bd-07f45d05a981.jpg (19 KB)

Bu gecə Şuşadakı elektrik stansiyasından aldıqları işıqlı Xankəndidə yaxşı-yaxşı düşünsünlər və seçim etsinlər: ya şələ-şülələrini yığıb gedirlər, ya da Azərbaycan bayrağının qarşısında təzim edib, Dövlətdən əfv diləyirlər, amnistiyaya düşməkdən ötrü tələssələr, yaxşıdır! İşığımıza kəm baxsalar...

Seçim etsinlər, birdəfəlik! Bitsin bu söhbət, ömrümüzdən kəsdilər! Bir də ki, Xankəndinin, Ağdərənin, Xocavəndin, Xocalının sakinləri olan azərbaycanlılar öz evlərinə dönəcəyi günü gözləyir...Xankəndiyə işıq təkcə ermənilər üçün çəkilməyib!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR