İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanımların DİQQƏTİNƏ - Gənclik sirri tapıldı

1345 12.01.2024 19:20 Səhiyyə A A

Retinol hüceyrə regenerativ xüsusiyyətləri ilə seçilən kimyəvi bir komponentdir. Bu komponent yalnız qırışlara deyil, həm də ləkələrə qarşı olduqca təsirlidir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, retinol ölü hüceyrələrin yığılmasının qarşısını alır.

O, həmçinin məsamələri sıxlaşdırır, tünd ləkələri açır, dərinin daha parlaq görünməsini təmin edir. Xanımların yaşlanma əleyhinə istifadə etdiyi bir çox məhsulun tərkibində retinol olur.

Lakin bu komponenti təbii qidalardan da almaq olar.

Belə ki, mütəxəssislərin fikrincə, kök retinol ehtiva etdiyi üçün dəriyə, o cümlədən bütün orqanizmə böyük fayda verir. Kökün tərkibində yedikdən sonra retinola çevrilən beta karoten var ki, bu da A vitamini ilə zəngindir və sağlam dərinin təməlidir.

Musavat.com dərini gözəlləşdirən resepti təqdim edir: Kökü nazik doğrayın. Üzərinə limon suyu, alma sirkəsi, zeytun yağı, dəniz duzu, pul bibər əlavə edib qarışdırın və həftədə bir neçə dəfə qida rasionunuzda istifadə edin.

Bu salat həm də bağırsaqların nizamlılığını təşviq edir, həzm sistemini yaxşılaşdırır, immuniteti gücləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR