İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Şahmar Ələkbərovun doğum günündə xatirəsi yad olundu

736 23.08.2023 15:05 Mədəniyyət A A

Avqustun 23-də görkəmli kinoaktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) anadan olmasının 80-ci ildönümü tamam olur.

Mədəniyyət Nazirliyindən Musavat.com-a verilən məlumata görə, bu münasibətilə II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub. Mədəniyyət Nazirliyinin nümayəndələri, kino ictimaiyyəti və ailəsi sənətkarın məzarı üstünə güllər düzüb, xatirəsini yad ediblər.

Sənət dostları görkəmli aktyor və rejissorla bağlı xatirələrini bölüşüblər. Şahmar Ələkbərovun aktyor və rejissor kimi Azərbaycan kinosunda qoyduğu izdən söz açıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR