İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş cəmiyyətinin dinc antiterror əməliyyatı - separatçıların nəfəsliyi də qalmayıb...

963 04.04.2023 08:00 Media A A

Ekofəalların 114 gündür ki, davam etdirdiyi etirazlar Araikin başıpozuq dəstəsinin əl-qolunu bağlayıb, Ordumuzun torpaq yolları nəzarətə götürməsində aktivistlərin də əməyi var - aksiya məqsədinə çatıb!

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. 114 gündür ki, vətəndaş cəmiyyətinin üzvləri Azərbaycanın sərvətləri uğrunda mübarizə aparır. Dekabrın 12-dən başlayan etiraz aksiyası faktiki olaraq separatçıların nəfəsini kəsib. Bəli, onlar silah, mina daşıya bilmirlər. Yəni yol terrorçu qüvvələr üçün bağlanıb. Amma humanitar məqsədlə açıqdır. Hər gün rus hərbçilərinin təminat maşınları, təcili yardım maşınları Xankəndidən Ermənistana gedib-gələ bilir.

“Yeni Müsavat” bildirir ki, bu yolun separatçıların üzünə bloklanması onları torpaq yollardan istifadəyə vadar etdi. Amma Ordumuz alternativ yolları da nəzarətə götürdü. Artıq qondarma rejimin tabeliyində olan silahlı dəstələr ərazilərimizə Turşsu-Xəlifəli, eləcə də digər gizli yollardan qanunsuz yük daşıya, hərbi ləvazimatlar gətirə bilmirlər. Şübhəsiz ki, həmin yolların nəzarətimiz altında olması dolayısı ilə ekofəalların aksiyasının nəticəsidir. Vətəndaş cəmiyyətinin aktivistləri əsas yolda aksiyaları davam etdirməsəydi, bölgədə başqa mənzərə ola bilərdi. Bəzi təhlilçilərin fikrincə, aksiyada tələblər sərvətlərimizin talanına son qoyulması olsa da, Laçın rayonu ilə Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi qurulmasından sonra etirazlar dayandırıla bilər. Bu halda vətəndaş cəmiyyəti nümayəndələri öz hədəflərinə çatmış olacaqlar.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva təklif edir ki, Azərbaycan Qarabağ və ətraf rayonlardakı talanlara görə Ermənistanla paralel İrandan da təzminat istəməlidir. Onun sözlərinə görə, dövlətdən başqa, həm də fərdi və kollektiv təzminat tələb olunmalıdır. Ekspert hesab edir ki, 30 il işğal altındakı ərazilərimizdən dövlət müəssisələrindən başqa, mülki insanların mülkiyyətini talayıb ya istifadə ediblər, ya da əşya bazarlarında satıb gəlir götürüblər.

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

 Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova isə əlavə edir ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülməsində Ordumuzla yanaşı vətəndaş cəmiyyətinin aksiya keçirən üzvlərinin də şərikli payı, müstəsna əməyi var. Ekspertin fikrincə, vətəndaş cəmiyyəti dinc şəkildə antiterror əməliyyatı keçirmiş oldu: “Əgər ordumuz Laçın-Xankəndi yolunu nəzarətə götürsəydi, bunu aqressiv hərəkət, Ermənistan və havadarları kobud müdaxilə, işğalçı kimi qiymətləndirəcəkdi. Ancaq biz yumşaq güc yolunu seçdik. Ekofəalların keçirdiyi dinc antiterror əməliyyatı nəticəsində dəhlizə dolayısı ilə nəzarət edirik, Araik və başıpozuq dəstəsinə tabe olan silahlı tör-töküntülər bu ərazidən istifadə edə bilmirlər. Bu da ağıllı, strategiyalı addım idi. Aksiya artıq missiyasını başa vurub, məqsədlərinə demək olar ki, çatıb. Onların fədakarlığı, şaxtalı havada gecə-gündüz dayanaraq etirazlarını bildirməsi qələbəyə aparan yolun bir hissəsidir. Təsəvvür edin ki, dinc aksiyaya görə bizi humanitar böhran yaratmaqda əsassız yerə ittiham edirlər, Ordumuz bu yolu götürsəydi, görün hansı beynəlxalq reaksiyalar olacaqdı. Ona görə səliqəli və dinc antiterror əməliyyatı keçirmiş olduq”.

Qarabağda aksiya: kimin sülh, kimin revanşizm istəyi göründü

Xəzər Teyyublu 

Hüquq müdafiəçisi Xəzər Teyyublu da aksiyanın hədəfinə çatdığı qənaətindədir. Onun sözlərinə görə, QHT nümayəndələrinin bu dirənişi Qarabağda yeni reallıqlar formalaşdırıb: “Bundan sonra yol separatçılar üçün əbədi bağlıdır. Dinc erməni sakinlər isə istədiyi şəkildə sərbəst hərəkət edə bilər. QHT fəalları bu aksiya ilə Laçın yolundan terrorçu məqsədlər üçün istifadə edən oyuncaq rejimin bütün imkanlarını puç elədi. Artıq əvvəlki Qarabağ deyil, Laçın koridoru da o halda əvvəlki qaydada işləyə bilər ki, Ermənistanla sərhədimizdə nəzarət-buraxılış postları qurulsun, Zəngəzur dəhlizi eyni statusla açılsın. Ermənilərin nazı ilə oynamaq fikrimiz yoxdur və səbrimiz də tükənməz deyil”. Hüquq müdafiəçisi hesab edir ki, ermənilər sərt reallığı anlayırlar, sanki soyuq bir duş alıblar: “Onlara elə gəlirdi ki, bu aksiya müvəqqəti xarakter daşıyır, ruslar təzyiq göstərəcəklər və biz də geri çəkiləcəyik, sonra yenə dəhliz eyni rejimdə işləyəcək. Amma indi qavrayırlar ki, getdi o dövran, Azərbaycan heç bir məsələdə separatçılara güzəşt etmək, göz yummaq niyyətində deyil. İndi nəzarət-buraxılış məntəqəsi də qoyulsun,  aksiyanı başa çatdırmaq olar”.

Emil SALAMOĞLU

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR