İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi Minsk Qrupunu gorbagor etdi, bəs ABŞ onu niyə “xortladır”?

1123 05.07.2022 09:50 KİVDF layihələri A A

 

Ali Baş Komandan İlham Əliyevin və müzəffər Ordumuzun yaratdığı reallıq həmsədrlik institutunu arxivə göndərdi; politoloqların fikrincə, diplomatiyamızın hədəfi Vaşinqtonla izahat işinin genişləndirilməsi olmalıdır

44 günlük Vətən müharibəsi antisülh institutu olan Minsk Qrupunu birdəfəlik tarixə gömdü. Bu, Ali Baş Komandan İlham Əliyevin və müzəffər Ordumuzun təntənəli qələbəsinin yaratdığı nəticədir. Müharibədən ilyarım ötüb və Minsk formatının bərpası, xortladılması üçün vaxtaşırı cəhdlərə baxmayaraq, heç bir effekt vermir. Çünki rəsmi Bakı aydın şəkildə mövqeyini bəyan edib ki, həmsədrlik institutu arxivə qovuşub.

“Yeni Müsavat” bildirir ki, Prezident İlham Əliyev sonuncu dəfə çıxışında da bir daha bu mövzuya qayıdaraq xəbərdar etdi - onu diriltməyə çalışırlar, amma Minsk Qrupu cansızdır, ölüdür. Həmsədr ölkə Rusiya da rəsmi olaraq bildirir ki, Minsk Qrupu iflasa uğrayıb. Beləliklə, 44 günlük savaşın özü ilə gətirdiyi reallıq ondan ibarətdir ki, bir daha bu format olmayacaq. Ona görə ki, ehtiyac yoxdur. Ümumiyyətlə, Minsk Qrupunun missiyası münaqişənin sülh yolu ilə həllinə nail olmaq idi.  Lakin Minsk Qrupu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi, 44 günlük müharibə ilə əvvəl müzakirə predmeti olan bütün sənədlər sıfırlandı və onun fəaliyyəti üçün predmet qalmadı. Ona görə də “status” və Minsk Qrupu məsələlərini indi müzakirə mövzusuna çevirmək istəkləri müharibənin nəticələrini sıfırlamaq cəhdindən başqa bir şey deyil. Göründüyü kimi, 44 günlük müharibə və Ali Baş Komandanın yürütdüyü diplomatiya elə bir mənzərə ortaya qoyub ki, iki həmsədr ölkənin və Ermənistanın Minsk Qrupunu reabilitasiya etmək səyləri nəticə vermir. Bəs burada maraqlar nədir? Niyə Brüssel platforması ola-ola həm də gorbagor olmuş Minsk Qrupunu yenidən fəallaşdırmaq təşəbbüsləri var? Ukrayna müharibəsi səbəbindən münasibətləri düşmənçilik həddində olan Rusiya ilə ABŞ, eləcə də Fransa Minsk Qrupu formatında bir araya gələrmi? Axı Moskva açıq şəkildə bildirir ki, bu format fəaliyyətini dayandırıb. O zaman Vaşinqtonun israrının səbəbi nədir?

Fərhad Məmmədov: “Ermənistanda siyasi gərginlik silahlı gərginliyə çevrilə  bilər”

Fərhad Məmmədov 

Qafqaz Təqdqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov hesab edir ki, Ermənistan  bir tərəfdən deyir Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə hərbi, iqtisadi və siyasi mövcudiyyətini qanunsuz olaraq saxlayır: “Ancaq nəzərə almaq lazımdır ki, müharibədən sonra qəbul edilən rəsmi sənədlərin heç birində nə ”status", nə də Minsk Qrupu ifadələri yer almır".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünür ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “Minsk Qrupunun həmsədri” titulunu daşıyan heç bir diplomatın Bakıda qəbul edilməyəcəyi ilə bağlı əhatəli bəyanat yayması faydalı olardı: “Moskva Minsk Qrupundan imtina edib, Brüssel də vasitəçilik fəaliyyətində bu qrupun fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilmir, hətta Paris bu məsələdə israrlı deyil. Yeganə Vaşinqtondur ki, həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir. Bu istək Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ məsələsinə qarışmağa, eyni zamanda erməni separatizmini cəsarətləndirir. Deməli, diplomatiyamızın hədəfi Vaşinqtonla izahat işinin genişləndirilməsi olmalıdır. Onlara izah edilməlidir ki, Vaşinqtonun həmsədrlik məsələsində israrı Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edəcək, Rusiyanın bölgədə mövqelərini gücləndirəcək, bölgədə sabitliyə və sülhə əngəl olacaq. Seçim Vaşinqtonundur”.

Çin hökuməti yenidən koronavirusla üz-üzə - Elxan Şahinoğlu yazır

 Elxan Şahinoğlu

Xatırladaq ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında Azərbaycanın rəsmi mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Sitat: “Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk Qrupuna ehtiyac yoxdur, biz Minsk Qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR