İnsanlara hürriyət, millətlərə istiqlal!

VƏHHABİLƏRİN ARXASINDA BİR GENERAL VAR

20157 24.01.2010 09:51 Gündəm A A
Elmar VəliyevAncaq maraqlıdır ki, vəhhabi kimi tanınan sələfi təbliğatçıları hakimiyyətin digər icmalara basqıları fonunda rahat təbliğat aparır. “101 FM Antenn” radiosunda hər cümə günü “İslam dünyası” verilişi efirə gedir. Eyniadlı televiziya verilişi isə bu yaxınlarda Yevlax şəhərində fəaliyyətə başlamış “El TV” kanalında hər cümə günü saat 21:00-da yayımlanır. Verilişin aparıcısı Azərbaycanda kifayət qədər tanınmış sələfi təbliğatçısı Yaşar Qurbanovdur. Bu barədə məlumatı Gəncədə yaşayan müsəlmanlar bizə veriblər. Verilişdə açıq-aşkar vəhhabi təriqəti prizmasından söhbətlər təşkil olunur, daha konkretləşdirsək, birbaşa vəhhabi təbliğatı aparılır.
Qeyd edək ki, Yaşar Qurbanov sələfi camaatı arasında kifayət qədər məşhurdur. Bir qədər əvvələ qədər Bakıda özəl universitetlərin birində dərs deyən Qurbanov fəal vəhhabi təbliğatçısı sayılırdı; eyni zamanda Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri və QHT-ləri ilə yaxın əlaqələri var. Ancaq heç şübhəsiz ki, Y.Qurbanovun əsas dayaqları hakimiyyət içərisində nüfuzlu şəxslər arasındadır. Çünki hələ bir neçə il əvvəl hökumət telekanallarda və radio efirində dini verilişləri yığışdırdığı zaman məhz Bakıda yerləşən radiolardan birində (“Antenn FM”) Qurbanovun verilişi efirə çıxdı. Həmin vaxt bizə Qurbanovun hakimiyyətdə ciddi arxasını olduğu haqda bilgi ötürülmüşdü. Ancaq indi Y.Qurbanovun məhz bütövlükdə Qərb bölgəsində yayın yapan bir telekanalda efir əldə etməsi göstərir ki, bu tip məlumatlar doğru imiş.
Əlbəttə, kanalın regionda yerləşməsi bir qədər nəzərləri cəlb etməyə bilər. Amma diqqətə almaq lazımdır ki, “El TV” telekanalı yeni yaradılıb və Gəncə şəhəri də daxil olmaqla böyük bir bölgədə izlənilir. Verilişin məhz Yevlaxdan (Gəncədən və ya başqa regional TV-lərdən deyil) yayımlanması isə onu göstərir ki, Qurbanovun dayaqlarının Yevlaxdakı yerli hakimiyyət üzərində ciddi təsirləri var. Bu vəziyyət diqqətləri istər-istəməz rayonun icra hakimiyyətinin başçısının üzərinə çəkir. Yevlax RİH başçısı Elmar Vəliyev sıradan bir məmur deyil. O, iqtidardakı kifayət qədər təsirli bir çevrənin yerlərdəki ən yaxın adamı, respublikanın baş hərbi prokuroru general Xanlar Vəliyevin qardaşıdır. Bütün bu prosesin və o cümlədən də “El TV”-nin arxasında məhz general Vəliyevin dayanmasına dair bir sıra iddialar var.
Əlbəttə, kimsə deyə bilər ki, ilin-günün bu vaxtında dini təbliğ edən verilişin (hətta təbliğçi sələfi də olsa belə) fəaliyyət göstərməsi yaxşı əlamətdir. Amma ölkədə dini təbliğatın sıfıra endirildiyi, hətta dini suvenir satan mağazalara nəzarətin artırıldığı bir vaxtda ölkənin böyük bir bölgəsində sələfi yönümlü təbliğata şərait yaradılması heç də xoş niyyətdən xəbər vermir.
Mövzunu və hakimiyyətə soxulmuş sələfilərin izini axtarmaqda davam edəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR