İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC ilə İstanbul Texniki Universiteti əməkdaşlıq edəcək

517 18.12.2023 16:23 Təhsil A A

Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) rektoru Prof.Dr.İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Rektor, professor Ədalət Muradovun və struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə İTU-nun nümayəndə heyətinə UNEC-dəki ixtisaslar, ikili diplom proqramları, beynəlxalq reytinq, ixtisaslaşmış laboratoriyalar və s. barədə ətraflı məlumat verilib. Sonra hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Görüşdə UNEC ilə İTU-nun beynəlxalq reytinqlərdə mövqelərinin daha da yüksəldilməsi, ortaq diplom proqramlarının həyata keçirilməsi, mühəndislik, informasiya texnologiyaları ixtisasları üzrə mütəxəssis hazırlığı, müəllim-tələbə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq barədə razılıq əldə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR