İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirildi FOTO

291 23.04.2024 11:33 Ölkə A A

UNEC-də Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə kitabın ideya müəllifi, məşhur “91-lər”dən olan, “Şöhrət” ordenli professor Vaqif Şadlinski, millət vəkili Hikmət Məmmədov, Milli Məclisin komitə sədri Musa Quliyev, UNEC rektoru professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbirin açılışında çıxış edən rektor prof. Ədalət Muradov Ulu Öndərin zəngin irsinin tədqiq edilməsinin vacibliyindən söz açaraq, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə UNEC-də dahi şəxsiyyətin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən 170-ə yaxın tədbirin keçirildiyini və bu tədbirlərin davam etdirildiyini bildirib. Rektor kitabda öz əksini tapmış Ulu Öndərin Qərbi Azərbaycanda formalaşmış milli-mədəni dəyərlərin qorunması, mədəni abidələrin yenidən qurulması ilə bağlı səsləndirdiyi tarixi fikirlərinin, sərəncam və fərmanlarının Azərbaycanın bütövlüyünün təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Kitabın ideya müəllifi olan professor Vaqif Şadlinski Ümummilli Lider Heydər Əliyev dühasının xalqımızın tarixində, milli-siyasi təfəkküründə və dövlətçilik şüurunda çox böyük məna yükü daşıdığını, bu dahi şəxsiyyətin həyatının hər səhifəsinin əzəmətli bir abidə olduğunu diqqətə çatdırıb: “Ulu Öndərin ən böyük xidmətlərindən biri də Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın müdafiəsi, onlara göstərilən diqqət-qayğı olmuşdur. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşü zamanı Heydər Əliyevin siyasətinin yaşamalı olduğunu, bu yeganə siyasətin Azərbaycanı daha da gücləndirəcəyini bildirmişdi. Ulu Öndərin qərbi azərbaycanlılara göstərdiyi diqqət və qayğını, Prezident İlham Əliyevin İcma qarşısında söylədikləri fikirləri əsas götürərək, biz bu kitabı ərsəyə gətirdik. Kitabda Qərbi Azərbaycandan olan 56 müəllifin Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrindən, şəxsiyyətinin ucalığından, ali insani keyfiyyətlərindən bəhs edən və faktlara əsaslanan yazıları yer alıb”.

Tədbirdə çıxış edən kitabın elmi redaktoru, millət vəkili Hikmət Babaoğlu ölkəmizin milli mübarizə tarixinin yeni mərhələsindən, millət vəkili, professor Musa Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaramasındakı misilsiz xidmətlərindən danışıb. UNEC-in kafedra müdiri, professor Əvəz Ələkbərov isə Ümummilli Lider Heydər Əliyevlə bağlı şəxsi xatirələrini iştirakçılarla bölüşüb.

Ulu Öndər Heydər Əliyev haqqında səmimi və xoş xatirələrlə davam edən görüşün sonunda rektor Ədalət Muradov kitabın ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə təşəkkürünü bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR