İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı qaçqınların axını Almaniyada tənqidlərə səbəb olur

469 20.04.2024 18:14 Dünya A A

Alman rayonları assosiasiyasının (DLT) rəhbəri Reynhard Sager ukraynalı qaçqınların fasiləsiz qəbulunu tənqid edib.

Musavat.com xəbər verir ki, o, “Neue Osnabruecker Zeitung” qəzetinə müsahibəsində deyib: “Ukrayna ilə həmrəyliyin vacibliyinə baxmayaraq, biz bu ölkədən bu qədər insanın bizə gəlib-gəlməməsi məsələsini qaldırırıq. Ola bilsin ki, Avropa İttifaqından dəstək verilərsə, Polşa daha çox ukraynalı qaçqını qəbul etməyə hazır olacaq.

Daha sonra R.Sager deyib ki, Almaniya hökuməti miqrasiya böhranının çoxdan həll edildiyini iddia etmək əvəzinə, təcili olaraq bu məsələni həll etməlidir".

Assossiasiya rəhbəri qeyd edib ki, Almaniyada bir çox rayon və kommunalar sadəcə olaraq miqrant axınının öhdəsindən gələ bilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR