İnsanlara hürriyət, millətlərə istiqlal!

UĞURUN SİRRİ – Bacarıqlı insanların gizli sözü AÇIQLANDI

859 03.12.2023 19:28 Maraqlı A A

Bir qrup psixoloq araşdırma aparıb, nəticədə sübut olunub ki, həyatda uğur qazanan insanlar səhv etdikləri zaman etiraf etməyi bilirlər. Beləliklə, “səhv etdim” ifadəsi bir növ uğurun açarıdır.

Məlumata görə, psixoloqların fikrincə, səhv etdiyini etiraf edən şəxs biznesdə daha az bacarıqlı sayılır, lakin eksperimentin nəticələri bunun əksini göstərir - başqaları belə insanları ağıllı, mehriban və tərbiyəli kimi qəbul edirlər.

"Əsas odur ki, özünüzə xatırladın ki, davranış səhv olsa belə, gələcəkdə onu dəyişdirə bilərsiniz. Və yalnız öz səhvinizi etiraf etmək o demək deyil ki, siz pis insansınız", - psixoloqlar vurğulayır.

Uğurlu insanların səhvlərini etiraf etdikləri və onları düzəltməyə hazır olduqları qeyd edilir. Beləliklə, bir insan davranışlarını dəyişdirə biləcəyinə inanırsa, səhvləri üçün məsuliyyəti daha çox qəbul edir.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR