İnsanlara hürriyət, millətlərə istiqlal!

Uğurlu adamların uğurlu layihəsi - AZXEBER.COM 13 yaşını qeyd edir

843 13.04.2023 11:28 Media A A

Bu gün Azxeber.com informasiya portalının 13 yaşı tamam olur.

Musavat.com xəbər verir ki, portal 2009-cu il aprel ayının 13-də fəaliyyətə başlayıb.

Portalda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Saytın sosial şəbəkələrdəki hesabları da olduqca aktivdir.

Xatırladaq  ki, portal gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərli təşəbbüsü ilə yaradılıb.

"Yeni Müsavat" Media Qrupunun kollektivi olaraq uğurlu adamların uğurlu layihəsini təbrik edirik!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR