İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli futbolsevərlər "Qarabağ"dan NƏLƏR YAZDILAR? FOTO

3171 15.03.2024 03:17 İdman A A

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Bayer 04” - “Qarabağ” klubları qarşılaşıb. 

Musavat.com xəbər verir ki, qarşılaşma bütün dünyada maraqla izlənilib, o cümlədən qardaş Türkiyədə. Türkiyənin futbol səhifələri matçın gedişatında ard-arda paylaşımlar ediblər. Paylaşımların şərh bölməsində isə türkiyəli futbolsevərlər öz fikirlərini ifadə ediblər. 

Məşhur futbol səhifəsi "beIN SPORTS Türkiye" matçdan foto paylaşaraq yazıb: "Leverkuzen son dəqiqələrdə atdığı qollarla "Qarabağ" qarşısında turniri keçən tərəf oldu. "Bayer Leverkuzen" 3-2 "Qarabağ FK". Ümumi hesab 5:4". 

Türkiyəli futbolsevərlərin məhz bu paylaşımın altında böyük "Qarabağ" sevgisi açıq görünür. 

Tolqa Engin adlı azarkeş yazır: "Son illərdə heç bir nəticəyə görə bu qədər üzülməmişdim. Amma nəticə nə olursa olsun, “Qarabağ” bu gün tarix yazdı... "Bayern Münhen"ə qarşı 10 xalla öndə olan və bu il heç vaxt məğlub olmayan komanda ilə evdə 2-2 bərabərə qaldılar. 63-cü dəqiqədə 10 nəfər qalmalarına rəğmən 2-0 önə keçib 90+4-ə qədər müqavimət göstərə bilirsənsə, çox böyük komandasan. Afərin, Qarabağ, çox böyüksən!"

Daha bir izləyici - Alper Tokaç yazır: "Halal olsun "Qarabağ"a. Qürurverici bir oyun ortaya qoydular. Təbrik edirəm, başı dik, yolu açıq olsun". 

Yünel Yunel: "Qarabağ"ı təbrik edirəm, Almaniyanın ən yaxşı klubuna 4 qol vurdular, amma ələndilər. Bu belə böyük başarıdır. Bir Türk komandası və bizim qardaş ölkəmiz Azərbaycan". 

Qeyd edək ki, belə şərhlərin sayı yüzlərlədir, şərhlər arasında qırmızı kartın haqsız olaraq verilidiyini yazanların da sayı olduqca çoxdur. Şərhlərin böyük əksəriyyəti isə "Qarabağı" təbrik etməyə yönəlib. Şərhlərdən həmçinin bəlli olur ki, türkiyəli azarkeşlər "Qarabağ"ın oyundakı ruh yüksəkliyini yüksək qiymətləndiriblər. 

Qeyd edək ki, "Qarabağ" Almaniyada "Bayer 04"ün qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2. 

İlk iki qol "Qarabağ" futbolçuları tərəfindən vurulsa da, daha sonra rəqibin vurduğu 3 qol komandamızın məğlubiyyətinə gətirib çıxarıb. 

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR