İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiyaya PUA satacaqmı? Bayraktar qardaşlarının MÜSAHİBƏsi Putini qəzəbləndirəcək

2706 27.08.2022 18:41 Müsahibə A A

Baykar baş direktoru Haluk Bayraktar və Baykar Müdafiə Texniki Direktoru Selçuk Bayraktar Rusiya mətbuatına müsahibə verib.

Musavat.com xəbər verir ki, Rusiyanın müharibə apardığı Ukraynaya dəstəyi ilə tanınan Bayraktar qardaşları Moskvaya PUA satmayacaqlarını açıqlayıb.

Haluk Bayraktar, "Moskva bizə nə qədər pul təklif etsə də, onlara satmayacağıq. Hazırda bütün dəstəyimiz Ukraynayadır, çünki ədalətsiz, aqressiv və müdafiə olunmaz bir hücumla üz-üzədirlər", - deyə bildirib.

Rusiyanın işğalı altında olan Ukraynaya PUA hədiyyəsi ilə gündəmə gələn Bayraktar qardaşlar ölkələr arasındakı münasibətlərə də toxunub.

bayraktar-kardesler-para-en-onemli-sey-degil-2-15217018_o.jpg (26 KB)

Müsahibədə xatırladılıb ki, ukraynalılar üçün türk pilotsuz təyyarələri Rusiya təcavüzünə müqavimət simvoludur. Ukrayna xalqı mahnılar yazdığı və övladlarının adını daşıdığı Bayraktar indi simvola çevrilib. Xəbərdə qardaşların Ukraynaya açıq dəstək verdiyi, daha əvvəl də Ukraynaya pilotsuz təyyarələr bağışladığı və qaçqınlara maddi yardım etdiyi qeyd edilib.

Bayraktarın ukraynalılar üçün azadlıq simvoluna çevrilməsinin necə hiss olduğu sualına Haluk Bayraktar Ukraynanın müstəqillik mübarizəsini dəstəkləməkdən qürur duyduğunu bildirib. Səlcuq Bayraktar isə Rusiyanın işğalını "haqsız və qanunsuz" adlandıraraq, ukraynalıların şərəfli xalq olduğunu deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR