İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə uçmaq tromboz təhlükəsi yaradır

651 13.02.2024 04:50 Yaşam A A
 
Qanı qatı olanlar, varikoz və trombozu olanlar üçün uzun müddətli aviauçuşlar, səfərlər təhlükəlidir.

Terapevt İrina Terentyeva bildirib ki, aviauçuşlarda arteriyaların trombla tutulması riski çoxdur.

“Tromboz qan laxtalanması və damar tıxanmasından əmələ gəlir. Tromb həm vena, həm də arteriyalarda yarana bilər. Əsasən ayaqda dərin venalarda olur və çox insan bundan xəbərsizdir.

Tromb müəyyən təsirlərdən öz yerindən qopur, qan dövranına düşür və damar boyu gəzərək ürək, ağciyər və beyinin qan axımını kəsir.

Tromboza meyilli insanlar üçün susuz qalmaq, bəzi fiziki hərəkətlər, təyyarədə uzun müddət uçmaq, saatlarla oturmaq çox risklidir. Təyyarədə 2 saatdan artıq oturmaq artıq təhlükəlidir.

Tromb qopduğunun əlamətləri:

- Ayaqda – birində şişmə, ödem
- Kəskin pulsasiya edici ağrı
- Həmin ayaqda dərinin qızarması
- Ayağın birdən isinməsi və ya donması

Əgər təyyarədə bu hallar baş verərsə, təyyarə eniş edən kimi təcili yardım çağırılmalıdır.

Uçuş zamanı hər 30 dəqiqədən bir qalxmaq, dəhlizdə gəzişmək, kresloda bəzi hərəkətləri etmək, ayaqları açıb yığmaq, maye içmək lazımdır”.//Medicina.az
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR