İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda tanınmış vəkil öldürüldü - FOTO

6047 04.01.2023 17:18 Güney hadisələri A A

İranın paytaxtı Tehranda tanınmış vəkil molla rejimi tərəfindən öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Nərgiz Xurrəmifərd etiraz aksiyalarında saxlanılanları müdafiə edən vəkillərdən biri olub. Onun hansı şəraitdə öldürüldüyü barədə əlavə məlumat yoxdur.

Qeyd edək ki, İranda üç aydan çoxdur davam edən etiraz aksiyalarında 37 vəkil həbs edilib. Onlardan bir neçəsi girov qarşılığında müvəqqəti azad edilsə də, hazırda əksəriyyəti zindanlarda saxlanılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR