İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanrıverdi Mustafayev prezident tərəfindən mükafatlandırılmasından danışdı: “İşığımız daim və gur yansın”

5418 19.10.2018 21:08 Ölkə A A

Oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev energetiklərin peşə bayramı münasibətilə bu sahədə səmərəli fəaliyyətinə görə bir qrup energetiki “Tərəqqi” medalı ilə təltif edib.

Təltif olunanlar sırasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri, jurnalistlərin dostu Tanrıverdi Mustafayev də var.

Musavat.com Tanrıverdi Mustafayevin ölkə başçısı tərəfindən mükafatlandırılması ilə bağlı qısaca rəyini alıb. T.Mustafayev bildirib ki, bu mükafat onun üçün çox önəmli və şərəflidir: “Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən mükafatlandırılmaq mənim həyatımın ən önəmli bir parçasıdır və bundan çox böyük qürur hissi yaşayıram. Prezidentimizə təşəkkür edirəm ki, əməyimizi qiymətləndirib, bu cür ali mükafatla bizi təltif edib. Eyni zamanda “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “AzərEnerji” ASC-nin prezidenti olan Baba Rzayevə də ayrıca təşəkkürümü bildirir, işlərində uğurlar arzu edirəm. Onun Azərbaycanın energetika sahəsində gördüyü işləri də xüsusilə qeyd edirəm.”

Tanrıverdi Mustafayev bildirib ki, inşallah tezliklə ölkə prezidenti, Ali Baş komandanımızın başçılığı ilə işğal altında olan torpaqlarımızda – Şuşa, Laçın və Qarabağ bölgəsindəki digər ərazilərimizdə, o cümlədən, Göyçədə, Zəngəzurda da işıqlarımız yansın”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR