İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış rəssamın naməlum tablosu aşkar edildi - FOTO

1122 18.09.2023 09:23 Mədəniyyət A A

Alimlər İtaliyanın İntibah dövrü rəssamı Rafael Santinin əvvəllər məlum olmayan əsərini aşkar ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.

1504-cü ilə aid əsərin hazırda İtaliyadan kənarda şəxsi kolleksiyada olduğu qeyd edilir. Kətan ölçüsü 46x34 santimetr olan əsərin hərtərəfli təhlili alimlərə rəsmin Rafaelin fırçasına aid olduğu qənaətinə gəlməyə imkan verib.

Qeyd edək ki, 2017-ci ildə alimlər Vatikan Muzeyində otaqları təmizləyib bərpa edərkən Rafaelin iki əsərini aşkar ediblər. Mütəxəssislərin fikrincə, bunlar rəssamın ölümündən bir müddət əvvəl tamamlanan son işləridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR