İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa Qlobal Media Forumunun iştirakçılarına “Azərbaycan mədəniyyəti” təqdim olundu

565 23.07.2023 02:24 Mədəniyyət A A

Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə yeni media” adlı Qlobal Media Forumunun iştirakçılarına “Azərbaycan mədəniyyəti” təqdim olunub.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə birlikdə şəhəri gəzən iştirakçılara 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşanın özünəməxsus memarlıq üslubu, Azərbaycan xalqının milli-mədəni irsi haqqında məlumat verilib.

İştirakçılara işğal zamanı ermənilərin tarixi-mədəni sərvətlərə vurduğu ziyandan danışılıb. Daha sonra forum iştirakçıları Şuşada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmaq imkanı əldə ediblər.

Şuşa işğaldan azad edildikdən sonra Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini ziyarət edən iştirakçılara işğal dövründə məscidlərdəki dağıntıların izlərinin silinməsi istiqamətində görülən işlər nümayiş etdirilib.

19-cu əsrdə inşa edilən Qazançı kilsəsində aparılan bərpa işləri ilə də tanış olan iştirakçılara bildirilib ki, Azərbaycan hökuməti təkcə məscidləri deyil, digər dinlərə məxsus tikililəri də orijinal formasına uyğun bərpa edib.

Gəzintidən sonra Şuşa Qlobal Media Forumunun iştirakçıları üçün qala-konsert təşkil olunub. Ziyafətin bədii hissəsinə “Natiq” ritm qrupu start verib. Daha sonra Azərbaycan və dünya musiqisinin incilərindən, tamaşalardan ibarət zəngin proqram təqdim olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR