İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa Bəyannaməsinin 1 illiyində Azərbaycan - ABŞ münasibətləri Bakıda müzakirə ediləcək

1214 14.06.2022 10:20 KİVDF layihələri A A

Karen Donfrid regiona səfər edəcək; ekspert: “Amerika Birləşmiş Ştatları ilə münasibətlər əsasən üç istiqamət üzrə inkişaf etdirilir”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Məqsəd ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaqdır. Dövlət Departamentinin məlumatında deyilir ki, dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edəcək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini,  Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarını müəyyən etmək hüququnu vurğulayacaq.

O, həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün yaranmasına  kömək etməyə hazır olduğunu qeyd edəcək.

Donfrid iyunun 15-16-da Bakıda səfərdə olacaq, Prezident İlham Əliyev, digər dövlət məmurları  və vətəndaş cəmiyyəti nümayəndələri ilə  görüşəcək.

ABŞ-Azərbaycan əlaqələri 30 ildə arzuolunan səviyyəyə çata bilib? Bu əlaqələr müxtəlif istiqamətləri əhatə edir. Hansı istiqamət və ya istiqamətlər üzrə əməkdaşlıq, əlaqələr daha yaxşı inkişaf edib? Zəif inkişaf edən tərəflər hansıdır?

Oxu.az - ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

 Karen Donfrid

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Cənubi Qafqaz regionuna səfəri mühüm əhəmiyyət kəsb edir: "Nəzərə almaq lazımdır ki, ABŞ dövlət katibinin köməkçisi Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq, hər üç dövlət Cənubi Qafqazı təmsil etməklə yanaşı postsovet məkanında təmsil olunan dövlətlərdir. Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi cənab Donfrid yeni təyin olunub, bundan öncə bu vəzifəni digər bir şəxs müvəqqəti icra edirdi və bu da bir qeyri-müəyyənlik yaradırdı. Sanki dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə təyinat olmamaqla bir biganəlik münasibətinin olduğu mənzərəsi var idi. Eyni zamanda nəzərə almaq lazımdır ki, hər üç dövlətlə ABŞ arasında diplomatik münasibətlərin 30 illik bir periodu arxada qalıb və hazırda siyasi, iqtisadi, humanitar məsələləri dəyərləndirmək üçün yaxşı bir fürsət yaranıb. ABŞ müstəqilliyini yenicə əldə etmiş Cənubi Qafqaz dövlətlərinə dəstək göstərməkdə davam edir. Lakin biz məhz Azərbaycan-ABŞ münasibətlərinə nəzər salırıqsa burada digər iki Cənubi Qafqaz ölkəsi ilə əməkdaşlıq istiqamətlərindən daha geniş çoxsaylı istiqamətlərin olduğunu görəcəyik”.

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr  əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

 İlyas Hüseynov

Ekspert qeyd etdi ki, Azərbaycan-ABŞ münasibətlərinin ilk başlanğıcında kifayət qədər çətinliklər olub, hətta Azərbaycanın əleyhinə ABŞ “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd qəbul olunmuşdu. Müstəqillyimizin ilk vaxtlarında Azərbaycan-ABŞ münasibətlərinə vurulan ən böyük zərbə bu idi. Lakin sonrakı dövrdə, xüsusilə 1994-cü ildən neft müqaviləsi ilə başlanan enerji sahəsində olan əməkdaşlıq münasibətlərimizi get-gedə dərinləşdirməyə imkan verdi: “Enerji sahəsində sıx əməkdaşlıq iqtisadiyyatın digər bir çox sahələrini də əhatə etməyə başladı. Bütün bunlar isə siyasi əlaqələr olmadan mümkün deyildi. Amerika ilə siyasi əlaqələr də get-gedə dərinləşdi. Azərbaycanın 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasına qoşulması həm ”907-ci düzəliş"in dondurulması, həm də rəsmi Bakı ilə Vaşiqnton arasındakı münasibətlərin daha da dərinləşməsi prizmasını formalaşdırdı. Azərbaycanda ABŞ-la münasibətlər əsasən üç istiqamət üzrə inkişaf etdirilir. Bunlardan birincisi təhlükəsizlik seqmentidir. İkincisi, enerji sahəsində olan münasibətlərdir. Üçüncüsü isə demokratiya və insan haqları ilə bağlıdır. Düşünürəm ki, hər üç fundamental istiqamət üzrə böyük bir məsafə qət edilib. Hazırda yeni perspektivlər formalaşdırılır. ABŞ-ın 46-cı prezidenti Co Baydenin bu yaxınlarda həm 28 may Dövlət Müstəqilliyi Günü, həm də Xəzər Beynəlxalq Neft-Qaz sərgisi ilə bağlı Azərbaycan Prezidentinə ünvanladığı məktublar müstəsna əhəmiyyətə malikdir. Bu məktublarda münasibətlərABŞ-Azərbaycan i ilə əlaqədar xüsusi vurğular vardır. Həmçinin gələcək dövrdə əməkdaşlıq üçün imkanlar burada qeyd olunur".

İlyas Hüseynovun sözlərinə görə, xüsusilə vurğulamaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-la region dövlətləri arasında münasibətləri inkişaf etdirmək, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına diqqəti ayırmaq ən prioritet məqamdır və bu baxımdan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi regiona səfər edir, diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı bir təhlil həyata keçiriləcək: “Ölkəmizdə Prezidentlə yanaşı, digər rəsmi şəxslərlə, həmçinin vətəndaş cəmiyyətinin üzvləri ilə, hər halda, siyasi partiyalarla görüş təşkil olunacaq. Digər önəmli məqam ondan ibarətdir ki, cənab Donfrid Azərbaycanda iyunun 15-16-da olacaq. İyunun 15-i Azərbaycan üçün xüsusi bir tarixdir. Həmin gün Azərbaycanda Qurtuluş günü kimi qeyd olunur, eyni zamanda Şuşa Bəyannaməsinin  imzalanmasının da 15 iyunda bir illiyidir. Bu tarixdə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsi əsas müzakirə mövzusu olacaq. Təbii ki, bu müzakirələr Azərbaycanla ABŞ arasında münasibətləri daha da inkişaf etdirmək üçün bir baza formalaşdırır. Nəzərə alaq ki, hazırda Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rola malikdir və Azərbaycanın əsas istəyi məhz ənənəvi enerji sahələri üzrə investisiyaların cəlb olunması ilə yanaşı həm də bərpa olunan enerji sahəsinə sərmayələrin qoyulmasıdır. ABŞ şirkətləri burada yaxından iştirak eləyə bilər. Bu amil də ABŞ-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni müstəviyə qaldıracaq”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR