İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıta mediatur təşkil olunub - FOTOLAR

1618 26.11.2018 17:28 Reportaj A A

Sumqayıtın şəhər statusu almasının 69 illiyi münasibəti ilə noyabrın 24-də bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Sumqayıt şəhərinə mediatur təşkil edilib.

Musavat.com xəbər verir ki, media nümayəndələrinə son dövrlərdə Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı geniş məlumat verilib, yeni istifadəyə verilən sosial obyektlərlə yaxından tanışlıq olub.

Heydər Əliyev parkında, Heydər Əliyev Mərkəzində, Şahmat məktəbində, Uşaq İncəsənət Məktəbində, "Kimyaçı” mədəniyyət sarayında, Sumqayıt bulvarında, Bayraq Muzeyində, Sumqayıt Dövlət Dram Teatrında olan media nümayəndələrinə görülmüş işlərlə bağlı geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində jurnalistlər Hacı Zeynalabdin qəsəbəsində yeni istifadəyə verilən nümunəvi həyətin açılışında da iştirak ediblər.

Məlumat verilib ki, parkda sakinlərin asudə vaxtlarını keçirmək üçün əlverişli şərait yaradılıb. Burada həmçinin uşaqlar üçün atraksionlar quraşdırılıb və müxtəlif idman növləri üzrə meydançalar salınıb.

Məğrur,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR