İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt bulvarının ərazisi genişləndirilir

1147 06.05.2019 21:50 Ölkə A A

Sumqayıt bulvarının ərazisi genişləndirilir.

ONA-nın yerli bürosunun məlumatına görə, bulvarın ərazisi şimala doğru 1 kilometr uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinə daha 32 hektar əlavə edilir.

Ərazidə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.

Yeni ərazidə restoranlar tikilməsi, çimərlik zonasının salınması, 292 ədəd istirahət otağının inşası edilməsi planlaşdırılır.

Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək.

Bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında istifadəyə veriləcək.

Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.

Qeyd edək ki, Sumqayıt Bulvarı 2017-ci ildə İspaniyada "Global Trade Leaders” klubunun "Keyfiyyətə görə Beynəlxalq Avropa” və “Beynəlxalq üstünlük və liderlk” mükafatlarına layiq görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR