İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkə hesablarınızı dələduzlardan BELƏ QORUYUN - VİDEO

843 25.02.2024 15:11 Texnologiya A A

Azərbaycanda “Instagram” və “Facebook” hesablarının oğurlanması halları artıb.

Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, son zamanlarda həm məşhurların, həm şirkətlərin, həm də sıravi insanların hesabları ələ keçirilir.

Rəqəmsal marketinq meneceri, sosial şəbəkələr üzrə ekspert Nəcmin Məmmədli deyir ki, dələduzlar hesabları ələ keçirmək üçün müxtəlif yollara əl atırlar. Hazırda ən çox istifadə olunan üsul istifadəçiyə spam linkin göndərilməsidir.

Bəzən isə sosial şəbəkə hesabları güclü şifrəsi olmadığı üçün oğurlanır. Həmçinin, şifrənin başqa istifadəçi ilə paylaşılması da hesabın itirilməsilə nəticələnə bilər.

Mütəxəssis deyir ki, sosial şəbəkə hesablarını qorumaq üçün tanınmayan şəxslərdən gələn linkləri açmamaq, hesaba güclü şifrə təyin etmək, qeydiyyatdan keçilən elektron poçt ünvanı və mobil nömrəni unutmamaq tövsiyə olunur. Bu cür lazımi təhlükəsizlik tədbirlərini görmək sosial şəbəkə istifadəçisini xoşagəlməz hallardan qoruyacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR