İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qanun"nəşriyyatı İlham Əliyevə müraciət etdi- Fotolar

2115 07.03.2014 14:28 Son xəbər A A
Bu gün “Qanun” nəşriyyatı ona qarşı edilən haqsızlıqlarla bağlı mətbuat konfransı keçirdi. Tədbirdə tanınmış, o cümlədən gənc yazarlar, tərcüməçilər və redaktorlar iştirak ediblər. 
Musavat.com-un məlumatına görə, Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbirdə yazıçı Çingiz Abdullayev nəşriyyatla bağlı vəziyyətin çətin olduğunu bildirib. O, nəşriyyata dəstək olmağın vacibliyini qeyd edib və bunun üçün yazarların da köməyinə ehtiyac duyulduğunu vurğulayıb.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu nəşriyyatın vergi cəriməsindən, yazarların, tərcüməçilərin istintaqa çağırılmasında, nəşriyyatın fəaliyyətinin dayanmaq təhlükəsindən danışıb. Həmçinin bildirib ki, onlar vəziyyətdən çıxmaq üçün dövlət başçısı İlham Əliyevdən kömək istəyirlər və bu səbəbdən ona müraciət ünvanlayıblar.

Röya RƏFİYEVA
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR