İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA-dan Qurban Qurbanova təşəkkür (FOTO)

3384 07.12.2015 18:10 Son xəbər A A
UEFA Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilən "İnter" - "Qarabağ" (0:2) matçında baş verən feyr-pley nümunəsinə görə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova məktub ünvanlayıb.

Bu barədə Qol.Az-a açıqlamasında klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, qitə futbol qurumu məktubda Qurbanova futbolçu Elvin Məmmədova mübahisəli penalti zərbəsini kənara vurmaq tapşırığını verməsinə görə təşəkkürünü bildirib.

Həmçinin qeyd olunub ki, baş məşqçi və futbolçunun belə hərəkət etməsi fair-pley qaydalarının pozulmamasına sübutdur. Belə hərəkətin alqışalayiq olduğunu bildirən qurum "Qarabağ"a uğurlar arzulayıb.

Xatırladaq ki, "İnter" - "Qarabağ" matçının son dəqiqələrində meydan sahiblərinin qapıçısı Georgi Lomaya cərimə meydanında rəqib futbolçu Reynaldoya qarşı kobud oynayıb. Bu zaman görüşün baş hakimi Elvin Əsgərov "İnter"in qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Qurban Qurbanov penalti zərbəsini yerinə yetirməyə hazırlaşan futbolçusu Elvin Məmmədovun topu kənara vurmasını istəyib. E.Məmmədov da Qurbanovun bu istəyini yerinə yetirərək topu kənara vurub. Oyun isə 2:0 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR