İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə 8 tondan çox narkotik tərkibli bitki məv edildi

644 31.05.2016 17:54 Son xəbər A A

Şəkidə polis şöbəsinin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə əməliiyat keçirilib.

Kanal S (Region TV) xəbər verir ki, Şəki Polis Şöbəsindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerini müəyyən edərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Biləcik kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitki aşkar edilib. Rayon polis şöbəsinin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə ərazidən ümumi çəkisi 8 tondan çox narkotik tərkibli bitki yığılaraq yandırılma yolu ilə məhv edilib. RPŞ-dən bildirilib ki, rayon müxtəlif ərazilərində  bitən narkotik tərkibli bitkilərin yerinə müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR