İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda 46 yaşlı kişi çaqqal hücumuna məruz qalıb

1405 03.08.2016 23:09 Son xəbər A A
Salyanın Arbatan kəndi ərazisində çaqqal dişləməsi hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan şəhəri, İsa Quliyev küçəsində yaşayan 46 yaşlı Talıb Mirzağa oğlu Hüseynov Arbatan kəndinə gedərkən çaqqal hücumuna məruz qalıb.
Yırtıcı, kişinin sol qıç nahiyəsindən dişləyərək ona xəsarət yetirib. Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən quduzluğa qarşı vaksin vurduqdan sonra o, ambulator müalicəyə buraxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR