İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurluq edib köynəyinə “Belə zordu” yazdırdı (FOTO)

3023 12.07.2016 12:07 Son xəbər A A

Bakıda 30-a yaxın evdən oğurluq edən dəstə zərərsizləşdirilib. Musavat.com xəbər verir ki, dəstənin üç üzvünü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar.

Dəstəyə 1990-cı ildə Astara rayonunda anadan olan, hazırda Bakının Ramana qəsəbəsində yaşayan Paşayev İlkin Əli oğlu rəhbərlik edib. Onun ətrafnda aparılan araşdırma nəticəsində məlum olub ki, İlkin Paşayev bundan əvvəl də məhkumluq yaşayıb. 

Dəstənin digər üzvü - 1999-cu il təvəllüdlü Məhərrəmov Qurban Nəbi oğlu Türkmənistanda anadan olub. O, hazırda Bakıda, Sabunçu rayonunun 9-cu mədən küçəsində kirayədə yaşayır. 

Dəstə üzvləri arasnda ən kreativinin - Bakının Sabunçu rayonunda yaşayan Şahsuvarov Zaur Yaşar oğlunun hələ 17 yaşı tamam olmayıb. Polis əməkdaşları onu üstünə “Belə zordu, özün üçün yaşayıram” yazlmış köynəkdə tutublar. Özünün dediyinə görə, köynəyə yazını da oğurluq yolu ildə əldə etdiyi pulla yazdırıb. Oğurluqdan qazandığı puldan 40 manatını buna xərcləyən Zaur deyir ki, onun üçün “belə zordu”. 

Oğurluq faktları ilə bağlı cinayət işi başlanıb. Polis əməkdaşları dəstə üzvlərinin digər cinayətlərdə iştirak ehtimallarını da araşdırır. 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR