İnsanlara hürriyət, millətlərə istiqlal!

Nitq qüsurlu yeniyetmənin qeyri-adi istedadı - VİDEO

1743 19.01.2017 21:58 Son xəbər A A
Siyəzən rayon sakini Ayşən Novruzova öz istedadı ilə həmyaşıdlarından fərqlənir.

ARB Şimal xəbər verir ki, istedadlı yeniyetmənin çəkdiyi rəsm hətta Misirə müsabiqəyə göndərilib.

14 yaşlı Ayşən anadangəlmə nitq qüsurludur. Amma bu ona müxtəlif müsabiqələrdə ilk yeri tutan əsərlər yaratmağa mane olmur. Ayşən hazırda Uşaq İncəsənət məktəbində rəsm çəkməyin sirlərini öyrənir. O, əsərlərini sulu boya ilə işləyir. Qəhrəmanımız bir sıra sərgilərdə də uğurla iştirak edib.

Qəhrəmanımızın bacarıqları rəms çəkməklə bitmir. O, həm də bir-birindən maraqlı əşyalar toxuyur. Tısbağa, müxtəlif güllər, mücrülər istedadlı yeniyetmənin əl işləridir. Ötən il paytaxtda təşkil olunan satış yarmarkasında Ayşənin hazırladığı bütün əşyalar öz sahiblərini tapıb.

Ayşənin valideynlərinin ən böyük arzusu onu rəssam görməkdir. Gələcəkdə yeniyetmənin təhsilinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirməsini istəyirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR