İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD daha 13 nəfərin başını kəsdi - Vəhşətin videosu




“Al Jazeera”nin hazırladığı materialda deyilir ki, İŞİD tərəfindən bazar günü yayılmış video-çarxda 12 nəfər Suriya hərbçisinin və bir nəfər amerikalının başının kəsilməsi öz əksini tapıb. 

İŞİD bildirib ki, öldürülən hərbçilər Bəşir Əsədə sadiq pilotlar və zabitlərdir, amerikalı isə bölgədə yerli qaçqınlara yardım edən təşkilatın əməkdaşıdır. 

Ey Obama, ey Romanın iti. Bu gün biz Bəşərin (Əsəd) əsgərlərinin başını üzürük, sabah sizin əsgərlərin başı beləcə üzüləcək. Allahın yardımı ilə biz üzərimizə gələn bu son səlib yürüşünü də məhv edəcəyik”. Qara maskada olan şəxs bu sözləri dedikdən sonra hərbçilərdən birinin başını kəsir.

Videoda həmçinin amerikalının kəsilib atılmış qanlı başı da nümayiş etdirilir. Həmin şəxsin adı Peter Kassinqdir. 

Kəsilmiş başın yanında dayanan maskalı deyir: “O, Amerikanın, sizin ölkənin vətəndaşıdır. O, İraqda müsəlmanlara qarşı vuruşurdu. Əvvəl də Amerika ordusunda xidmətdə olub. O, daha bir söz demək iqtidarında deyil”.

“Al Jazeera”nin hazırladığı materialda deyilir ki, Peter islamı qəbul edib. O, bir müsəlman olsa da müsəlmanların əlində öldürülüb. Bu da İŞİD-ın mübahisəli işlərindən biri kimi diqqət çəkir. 
Ərəb kanalı bildirir ki, sözügedəm amerikalı 26 yaşında olub və islamı qəbul etdikdən sonra Əbdül-Rəhman Kassinq kimi tanınıb. 
Ərəb televiziyası bildirir ki, Ağ Ev video-çarxın üzərində ekspertlər tərəfindən araşdırma aparıldığını bildirib. 
Vaşinqtondan gələn digər xəbərdə isə qeyd olunur ki, amerikalının ailəsi videonun saxta və ya həqiqi olmasını dəqiqləşdirmək məqsədi ilə yerli rəsmilərlə ilişkilər qurub. 
Böyük Britaniyanın baş naziri David Kameron isə bu video ilə bağlı deyib ki, o, gördüklərindən dəhşətlə gəlib. O, bazar günü “Twitter”də yazıb: “Əbdül-Rəhman Kassiqin belə soyuqqanlılıqla öldürülməsi məni dəhşətə gətirdi”.

Türkiyə KİV-ləri isə başıkəsilənlərin sayının 15 olduğunu yazıb.

Elbəyi Həsənli, musavat.com
Şərh yoxdur