Hülya Avşar konsertini yarımçıq qoyub getdi - Video
Müğənni Hülya Avşar İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı ilə əlaqədar konsertini yarımçıq qoyub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə zamanı restoranlardan birində Cenk Eren ilə konsert verən Hülya geri qalan proqramı təxirə salıb.
O, tamaşaçılardan üzür istəyərək, özünü pis hiss etdiyini və bu xəbərdən sonra oxuya bilməyəcəyini deyərək, səhnədən enib.
Qeyd edək ki, ötən gecə İstanbulun Beşiktaş rayonunda terror hadisəsi baş verib. Hadisə nəticəsində 13 nəfərin şəhid olduğu, 150-dən çox insanın yaralandığı deyilir. Onların əksəriyyəti polislərdir.
Rəsmi məlumata görə, partlayışı törədənlərdən biri canlı bomba olub.






