İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcək Azərbaycan Partiyasının təsis qurultayı keçirildi

9235 23.02.2014 20:42 Son xəbər A A
Fevralın 23-də iki ay bundan öncə yaradılmış Gələcək Azərbaycan Partiyasının (GAP) 1-ci, yəni təsis qurultayı keçirilib. Bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.

Qurultayı Azərbaycan dövlət himni ilə açan GAP- Təşkilat Komitəsinin üzvü, professor Ağa Abdullaoğlu qurultayın aparılması üçün qurultayın katibini və sədrini qurultay iştirakçılarının təşəbbüsü əsasında müəyyən edib. Namizədlərdən  Nəcəfalı Cavanşirli və Əzizə Sanıyeva sədarətə seçilərək qurultayın gedişinə rəhbərlik ediblər.
Sədarət qurultayın gündəliyini səs vermə ilə təsdiq edib. 

Gündəliyə aşağıdakı məsələlər daxil edilib: GAP Təşkilat Komitəsinin 2 aylıq fəaliyyətinin hesabatı, nizamnamə və məramnamənin müzakirəsi və təsdiqi, GAP-ın sədrinin seçilməsi, Ali Məclisinə üzvlərin seçilməsi, GAP İdarə heyətinin üzvlərinin seçilməsi, Nəzarət və Təftiş Komisiyasının üzvlərinin seçilməsi.

Birinci məsələ ilə bağlı GAP Təşkilat Komitəsinin (TK) sədri Ağasif Şakiroğlu məruzə ilə çıxış edib. Məruzə zamanı A.Şakiroğlu qurumun Bakını əhatə edən 12 rayon üzrə tam rayon təşkilat komitələrinin formalaşdığını və eyni zamanda Azərbaycanın bölgələrini əhatə edən 27 rayonda təşkilatlanıldığını və artıq həmin rayonlarda da təşkilat komitələrinin yaradıldığını, GAP-ın nizamnamə və məramnamə layihəsinin hazırlandığını və eyni zamanda qurumun bayraq və emblem layihələrinin hazırlanıb qurultaya təqdim edildiyini diqqətə çatdırıb. 

Qurultay üzvləri məruzəni müzakirə edərək səsvermə ilə qəbul edib.
Daha sonra qurultay üzvləri 2-ci məsələ ilə bağlı müzakirə apararaq Nizamnamə və Məramnamə layihəsini qurumun ali sənədi kimi qəbul edib.
Qurultayın davamı olaraq qurultay üzvləri partiyaya sədrlik etmək  üçün namizəd irəli sürüblər. Qurultay üzvləri Azərbaycan siyasətinə yenilik gətirmək üçün və demokratik düşərgəyə yeni nəfəs verilməsi üçün partiya sədrinin bacarıqlı və təcrübəli gənclərdən birinin seçilməsi təklif edilib. 

Qurultay üzvləri Gələcək Azərbaycan Partiyasına sədr seçilməsi üçün gənc fəal Ağasif Şakiroğlunun namizədliyini irəli sürülməsini təklif ediblər. İkinci namizədə ehtiyac görməyən qurultay üzvləri Ağasif Şakiroğlunun namizədliyini səsə qoyaraq yetkilliklə Ağasif Şakiroğlunun sədrliyini təsdiq ediblər.
GAP-a sədr seçildikdən sonra Ağasif Şakiroğluna söz verilmiş və o gələcək fəaliyyəti və proqramı ilə bağlı qurultay üzvlərinə geniş məlumat verib. 
Toplantının davamı olaraq qurultay partiyanın Ali Məclisinə və İdarə Heyyətinə üzvlər seçilib. 

Qurultayın sonun da qonaqlar (ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədr müavini Fuad Qəhrəmanlı, keçmiş millət vəkilləri Zəminə Dünyamalıyeva,  Solmaz Ələsgərova, VHP funksioneri Pünhan İmamlı Azərbaycan Yazıçılar Birliyinin üzvləri Vasif Hidayətli, Ramiz Əziz və sairə) çıxış edərək yeni yaranan quruma uğurlar arzulamış və yeni seçilmiş sədr Ağasif Şakiroğlunu təbrik edərək onun Azərbaycan siyasətində uğur qazanacağına ümid etdiklərini bildirmişlər.
Sonda qurultayda üzürlü səbəblərdən iştirak etməyən ictimai siyasi xadimlərin (Boz Qurd Partiyasının lideri İsgəndər Həmidovun,  Qərbi Azərbaycan Deportasiya Mərkəzinin sədri Köçəri Nağıbəylinin və keçmiş müdafiə naziri Rəhim Qazıyevin) təbrikləri səsləndirilib və Ukraynanın demokratik düşərgəsinə dəstək ifadə edilən bəyanat qəbul edərək qurultay öz işini yekunlaşdırıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR