İnsanlara hürriyət, millətlərə istiqlal!

Dayə ərinin birinci ailəsindən olan qızının evini yardı (FOTO)

2546 15.06.2016 20:15 Son xəbər A A
 
Bakıda dayə evdən oğurluq edib.
 
Musavat.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Cəmilə Bayramova Xırdalan şəhərində yaşadığı evdən dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Cinayət-axtarış şöbəsi əməliyyatçılarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən və oğurluq baş verən evdə dayə işləyən Aidə Ələsgərova saxlanılıb. İlkin dindirilmə zamanı 48 yaşlı qadın törətdiyi əməli etiraf edib.
 
Onun sözlərinə görə zərərçəkən Cəmilə Bayramova onun ərinin 1-ci yoldaşının  qızıdır. Aidənin sözlərinə görə bir neçə il bundan əvvəl Cəmilə Bayramova ailə həyatı qurduqdan sonra bir ovladı dünyaya gəlib. Cəmilə xəstələndiyi üçün ailənin də razılığı ilə yeni doğulan körpəyə Aidə baxmalı olub.
 
Saxlanılan Aidənin sözlərinə görə evdə təmizlik işləri görərkən otaqların birindən  bağlama tapıb. Onun bağlamaya olan marağı isə başına bəla olub.
 
Daha sonra qadın əldə  etdiyi qızılları Sumqayıt şəhərində yerləşən qızıl dükanında satıb
 
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR