İnsanlara hürriyət, millətlərə istiqlal!

Davakar idmançı Meksikaya qaçıb?

7081 28.01.2016 12:05 Son xəbər A A
Adı yanacaqdoldurma məntəqəsindəki davaya qarışan, həbs olunan, daha sonra azadlığa buraxılan İsa Nadir oğlu Əzizovun hazırda Meksikada olduğu məlum olub. 

Onun yaxını Orxan Əzizovun Facebook sosial şəbəkəsində paylaşdığı fotoda görünür ki, İsa Əzizov təxminən 10 saat öncə Mexikonun beynəlxalq aeroportunda təyyarədən enib, onu O.Əzizov qarşılayıb və onlar birlikdə Venustiano Karranza şəhərinə gediblər. 

Şəkildə sükan arxasında oturan şəxsin İsa Əzizov olmasına şübhə yoxdur. Fotonun çəkildikdən dərhal sonra, elə aeroportdaca sosial şəbəkəyə yükləndiyi anlaşılır.

Qeyd edək ki, bu gün yayılan rəsmi məlumata görə, yanacaqdoldurma məntəqəsində mühafizəçini döyən şəxslərə, o cümlədən İsa Əzizova 30 sutka inzibati həbs cəzası verilib. Bu halda onun Meksikada olması mümkün deyil. Bəs bu şəkil nədir? 

Hər halda hüquq-mühafizə orqanları, hava limanının məsul şəxsləri və Əzizovun yaxınları bu məsələyə aydınlıq gətirsələr, yaxşı olar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR