İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmil Həsənli özünü biabır etdi – “Rüstəm düz deyir” - (screen-shot)

11646 23.06.2015 03:49 Son xəbər A A





Milli Şura sədri Cəmil Həsənli özünün növbəti biabırçı Facebook statusunu yazıb. Xuliqan stilində, əks fikir sahiblərini “qarğa-quzğun dəstəsi” adlandıran yaşlı professor bu dəfə kino-drammaturq Rüstəm İbrahimbəyovu müdafiə etməyə cəhd göstərib. 

Məlum olduğu kimi, R. İbrahimbəyov iyunun 16-da  “The New Times” qəzetinə müsahibə verib. Günlərlə Azərbaycan oxucusunun diqqətindən kənarda qalan bu müsahibəni ictimaiyyətə rusdilli minval.az saytı, daha sonra isə müsavat.com portalı təqdim edib. Erməniləri “düşmən hesab etməyən” İbrahimbəyov eyni zamanda, tamamilə Rusiya meyilli bir mövqe sərgiləyərək, işğal altına alınan Krımı Rusiya ərazisi saydığını bəyan edib. 

Özünü “ən radikal, yeganə müxalifət” adlandıran qurumun rəhbəri – Milli Şuranın sərdi Cəmil Həsənli isə onun bu addımını canı-dildən dəstəkləyib; üstəlik ideologiyalaşdırıb. Bugünlərdə “Yeni Müsavat” qəzetinin üzərinə növbəti “xaç yürüşü” təşkil edən AXCP sədri Əli Kərimli və onun Feysbukda “silahlanmış” dəstəsi bu olaya reaksiya bildirməkdən çəkinib.

Dostu və patronu İbrahimbəyovu müdafiə edərkən, C. Həsənli iddia edib ki, hakimiyyət təmsilçisi Əli Həsənov da oxşar sözlər deyib, lakin Rüstəm müəllimi tənqid edənlər o zaman Əli Həsənov barədə susublar... “Yeganə, radikal müxalifət”in formal lideri hələ də anlamır ki, müxalifət nədir, iqtidar məmuru nədir; rəsmi açıqlama nədir, bir ziyalının mövqeyi nə...  

Cəmil Həsənli elə bir biabırçılığa imza atıb ki, dünənə qədər onu dəstəkləyən tərəfdarları da öz şərhlərində “çoknutıy professoru” şiddətli qınaq və tənqidlərə tutublar. Məsələn, Babek Iskenderli adlı Feycbuk istifadəçisi heyrətlə bu cür yazır: “Bu cizma-qaranı özünüzmü yazmısız ? Bu nə üslubdu, leş yemiş qarğa-qurğa söhbətləri filan,bunları həqiqətən özünüzmü yazırsız ? “Ümid edirəm ki, xalqlar yaxınlaşacaq” hara, “biz düşmən deyilik” hara? Bu nə analizdi,bu hansı beyinin məhsuldu  - nədi ? Sağlam təhlil qabiliyyətinizi itirmək üzrəsiz, bunu bilin”.  
Natiq Aliyev adlı istifadəçi isə daha sərt yazır: “ Ay binamus, bəs erməninin qırdığı o körpələr,  qız  - gəlinlər necə old? Nə tez yaddan cıxartdız? Çoxları bilirdi ki, bu belə də olacaq,  siz binamusların sayəsində. Çünki sizin hamınızın ermənilərlə qohumluğunuz var, alçaqlar...”

Onlarla Faysbuq istifadəçisi ermənipərəst və Rusiyapərəst mövqeyinə görə Cəmil Həsənlini ağır şəkildə təhqir edib, ona kəskin ittihamlar irəli sürüb.  



Musavat.com Cəmil Həsənlinin statusunu olduğu kimi dərc edir. Qoy tarix və oxucular üçün bir istinad nöqtəsi qalsın. 

****

 “Dəyərli dostlar! Milli Şuranın sədrindən qurtarmamış qarğa-quzğun dəstəsi indi də onun fəxri sədrinin üzərinə düşüb. Bu hay-küy Rüstəm İbrahimbəyov “The New Times” qəzetinə məlum müsahibəsi ilə bağlıdır. Rüstəm bəyin əleyhinə aparılan süni təbliğat kampaniyası iki tezis üzərində qurulub. Bunun birincisi “Biz ermənilərlə düşmən deyilik, erməni xalqı baş verənlərə görə günahkar deyil”. İkincisi isə “Uşaqlıda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xrüşşov dövründə Ukraynaya keçib. SSRİ dağılanda Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı” fikridir. Amma nədənsə ermənilərlə bağlı eyni fikri 12 gün əvvəl daha tutumlu formada prezident administrasiyasının rəsmisi Əli Həsənov APA-ya açıqlamasında səsləndirəndə bəzi dostlarımızın vətənpərvərlik qanı “cuşə” gəlmədi. Məsələn Əli Həsənov bəyan etmişdi ki, “Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram. Ə. Həsənov deyib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililiblər”. 


Ondan dərhal sonra qaçqınkom Əli Həsənov da təxminən buna bənzər bir fikri bəyan etdi. İndi bilavasitə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinə məsul olan dövlət rəsmiləri ilə müstəqil bir ziyalının dediklərin özünüz müqayisə edən. Hansı daha ziyanlıdır? Belə olan halda bir qələm əhlinin “qəlb çırpıntıları” ilə yazdığı “Ancaq əgər bu, erməni köpəkoğlu 25 ildə bir qarış torpağımızı belə qaytarmayıbsa, qaytarmağa qətiyyən hazırlaşmırsa, Xocalı soyqırımına görə zərrəcə utanc hissi keçirmirsə, Şuşanın işğalını “Şuşanın azadlığı günü” kimi bayram edirsə və bu iradənin, həyasızlığın arxasında da məhz erməni xalqı dayanırsa, o zaman birtərəfli dostluq mesajları kimə gərəkdir?” Maraqlıdır Əli Həsənov 12 gün əvvəl bu açıqlamaları verəndə həmin “erməni köpəkoğlu” niyə yada düşmədi? Rüstəm haqqında bu hədyanları yazanda hər gün işə gələndə də, evlərinə dönəndə Bakının meydanlarında və küçələrində dalğalanan erməni bayraqlarını görüb xəcalət çəkmirlərmi? İndi bu dəyərləri və bu baxışı necə, bölüşürlərmi? Qəribədir, 12 gün əvvəl erməni sevgisi dövlət rəsmiləri tərəfindən səsləndiriləndə tut yemiş bülbül kimi susanlar, Rüstəm “erməni xalqı baş verənlərə görə günahkar deyil” deyəndə leş yemiş qarğa-quzğun kimi onun üzərinə şığıyıb bu dəyərləri “bölüşmürlər”. 
İndi gələk Krım məsələsinə: Birincisi Rüstəm İbrahimbəyov Moskvada yaşayan çox az ziyalılardandır ki, Rusiyanın Krımı işğal etməsini açıq şəkildə pisləyib və bu işğalın əleyhdarlarının sırasında olub. İkincisi, AŞPA-dakı Azərbaycanın rəsmi nümayəndə heyəti bu qurumun Rusiyanın işğalını pisləyən qətnaməsinin əleyhinə səs verəndə, yəni işğalçı Rusiyanın yanında dayananda bu “vətənpərvərlərin” səsi niyə çıxmadı? “Bəs beynəlxalq hüquq, birgə yaşayış normaları, BMT Nizamnaməsi, Avropa təhlükəsizlik sistemi necə olsun? İndi hansı dövlət güclüdürsə, zəif qonşunun ərazisini zəbt eləməlidir? Hansı əsrdə yaşayırıq? Elə erməni də eyni şeyi etməyibmi?” kimi ritorik suallar onda niyə bu qələm “əzabkeşlərinin” yadına düşmədi. Halbuki, Rüstəm bəy elə bu müsahibəsində də Krımla bağlı deyir ki, “Və birdən geosiyasi situasiyanın özəlliklərini nəzərə almadan məsələni sürətlə yoluna qoydular. Nəticədə insanlar həlak olur”. Hətta bu adamlar Rüstəmin Krımın 1954-cü ilə kimi Rusiyanın tərkibində olması faktını söyləməsindən də nəysə bir kriminal düzəltmək istəyirlər. XVIII əsrdə Krım xanlığı ləğv edildikdən sonra yarmada Rusiyaya ilhaq edildi. Bolşevik inqilabına qədər imperiyanın, 1954-cü ilə kimi isə Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində olub, Ukraynanın Rusiyaya birləşməsinin 300 illiyi ilə bağlı Nikita Xruşşov tərəfindən Ukraynaya verilib. Burada mübahisə etməli nə var?”

 
Musavat.com 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR