İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda DYP-nin də iştirakı ilə zəncirvari qəza

2364 04.05.2016 11:22 Son xəbər A A


Xəzər rayonunda polis əməkdaşının da iştirakı ilə zəncirvari qəza baş verib.

Musavat.com xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Bakı sakini, 1975-ci il təvəllüdlü Alim Zeynalov, Qaz- 330202 markalı 90 AG 325 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.

İdarəetməni itirən A.Zeynalov yol kənarında dayanan və orada xidmətdə olan Dövlət Yol Polis İdarəsinin polis serjantı 1987-ci il təvəllüdlü Abbas Abbasov idarə etdiyi BMW markalı, 99 YP 521 dövlət nömrə nişanlı avtomobilə dəyib. 

Alim Zeynalov bunun ardınca Elşən Məmmədova məxsus "Mitsubishi Pajero" markalı və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Anar Aslanovun idarə etdiyi "TX 4 London" markalı avtomobilləri vurub.

Qəza zamanı A.Zeynalov bədən xəsarətləri alıb. Digər avtomobillərə də ciddi ziyan dəyib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR