Bakı sakini ABŞ-a istirahətə gedəcəkdi, amma aldadıldı
ABŞ-a istirahətə göndərmək adı ilə vətəndaşlardan pul alan şəxs saxlanılıb.
Musavat.com-un məlumatına görə, Gürcüstan vətəndaşı 1980-ci il təvəllüdlü Turan İsayev 2015-ci il dekabr ayında Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Hidayət Məmmədzadənin etibarından sui istifadə edərək onu aldadıb.
T.İsayev ABŞ-a istirahətə göndərəcəyi adı ilə ondan 2500 manat və 1500 ABŞ dolları alıb qaytarmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Musavat.com