İnsanlara hürriyət, millətlərə istiqlal!

QUBA İŞİNİN MƏHKƏMƏSİ DAVAM EDİR

1865 14.09.2012 11:04 Son xəbər A A

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) əvvəlki aylarda olduğu kimi iyul-avqust aylarında da ölkədəki siyasi azadlıqların durumu ilə bağlı aylıq bülleten hazırlayıb. Gozetci.az portalı həmin bülleteni təqdim edir.

Quba hadisələrinin təsiri davam edir

Quba hadisələrindən 6 ay keçməsinə baxmayaraq bu gün də həmin hadisə ölkə gündəmindədir və bölgədə müəyyən qədər gərginlik yaşanır. 

Hazırda Qubada ictimai fəallara qarşı polis və yerli icra orqanlarının nümayəndələri tərəfindən təqib və təzyiqlər davam edir. Vətəndaş cəmiyyəti institutlarının Qubada tədbirlər keçirməsinin qarşısı alınır. Məsələn, iyulun 28-də SMDT Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Quba şəhərində keçirilməli olan Vətəndaş Forumu yerli icra hakimiyyəti və polisin müdaxiləsi nəticəsində baş tutmayıb.SMDT nümayəndələri forumun keçirilməsi üçün Qubada fəaliyyət göstərən bir neçə iaşə obyektləri ilə danışıb, razılıq əldə etsə də, polisin və yerli icra orqanlarının əməkdaşlarının təzyiqləri nəticəsində qeyd olunan obyekt sahibləri yer verməkdən imtina ediblər. Tədbir keçirilən ərəfədə isə polislər əraziyə gələrək tədbirin keçirilməsi nəzərdə tutulan yerlərə insanları buraxmayıb. Avqustun 27-də isə SMDT-nin Quba-Xaçmaz bölgəsi üzrə koordinatoru Aftandil Məmmədov Quba Rayon Polis Şöbəsinə (RPŞ) aparılıb və orada Quba RPŞ-nin rəisi Seyfulla Əzimov və rayon prokuroru Nazim Hacıyev tərəfindən ictimai fəaliyyətlə məşğul olduğu üçün təzyiqlərə məruz qalıb. Polis rəisi və prokuror  Quba Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmədiyi halda rayonda tədbir keçirməyin mümkün olmadığını qeyd edərək A. Məmmədovu həbslə hələdəyiblər. Sonradan A.Məmmədov sərbəst buraxılıb. Bütün bunlar Qubada sakinlərin yenidən fəallaşmasını zəiflətmək, sadə vətəndaşların öz hüquqlarını öyrənməsinin qarşısını almaq məqsədi güddüyü istisna edilmir. Çünki yuxarıda qeyd olunan tədbirlərin adından göründüyü kimi onların keçirilməsində məqsəd vətəndaşlara öz hüquqlarını izah etməkdir. Hazırkı durumda isə bölgələrdə bələdiyyələr, rayon hüquq-mühafizə orqanları və yerli icra hakimiyyəti orqanları vətəndaşların maarifləndirilməsindən, öz hüquqlarını bilməsindən narahat olurlar. Buna görə də, yerli icra orqanları rayonlarda ictimai əhəmiyyət daşıyan və insan hüquqlarının maarifləndirilməsi ilə bağlı olan tədbirlərin keçirilməsinə maneçilik törədərək fəal vətəndaşlara qarşı təzyiq və təqibləri davam etdirirlər. Yerli icra orqanları bunu etməklə öz qanunsuz əməllərinə vətəndaşlarda laqeyd münasibət yaratmaq istəyirlər. Əgər bölgələrdə tez-tez ictimai tədbirlər keçirilsə, bu vətəndaşlar arasında fəallaşmaya səbəb ola bilər.Belə olan halda isə vətəndaşlar yerli icra orqanlarının hər bir qanunsuz hərəkətlərinə etiraz edərlər və onu ictimailəşdirərlər. Bu da  yerli məmurların arzulamadığı fəaliyyətdir.
Martın 1-də Qubada baş verən hadisələrdən sonra da demək olar ki, hakimiyyət Qubada və digər bölgələrdə ictimai fəalların fəaliyyətindən narahat olub və hər an onların fəaliyyətini məhdudlaşdırmaq istəyir. Qeyri-hökmət təşkilatlarının və mətbuat nümayəndələrinin rayonlara getmələrinə və orada öz peşə fəaliyyəti ilə məşğul olmalarına icra orqanlarının nümayəndələri tərəfindən manelər yaradılır. Rayonlarda tədbirlərin və ya hər hansı bir ictimai fəaliyyətin həyata keçirilməsi üçün rayon icra hakimiyyətindən icazə alınması tələb edilir. Bu isə qanunsuzdur. Belə ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin IX bəndinə görə hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.
Qeyd edək ki, avqustun 22-də Quba Rayon Məhkəməsində Quba hadisələrinə görə həbs edilənlərin məhkəməsinə başlayıb. Bu məhkəmə prosesi yenidən Qubanı ölkə gündəminə gətirdi. Belə ki, məhkəmə prosesi, təqsirləndirilən şəxslərin ifadələri jurnalistlərin və ictimai təşkilatların diqqət mərkəzindədir. Bu da Quba yerli icra orqanlarını və hakimiyyəti narahat edir. Bu səbəbdən də rayonda yenidən ictimai fəallara qarşı təzyiqlər istisna edilmir. Artıq jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin bir neçə dəfə məhkəmə prosesinə buraxılmaması halı baş verib. Buna səbəb isə məhkəmə prosesində baş verənlərin ictimaiyyətə çatdırılmasının qarşısını almaqdır.

Tənqidi mediaya qarşı "soyuq müharibə" davam edir

Əvvəlki aylarda olduğu kimi iyul-avqust ayları da ölkədə siyasi azadlıqların məhdudlaşdırılması  davam edib. Burada əsas diqqəti cəlb edən məsələlərdən biri isə müstəqil mətbuata qarşı edilən təzyiqlər olub. Artıq mətbuat yayımında ciddi problemlər yaranmaqdadır. Misal olaraq tədricən mətbuat yayımının sıradan çıxarılmasını göstərmək olar. “Qasid” Mətbuat Yayımı Firmasının rəhbəri, deputat Mirkazım Kazımov mətbuata (“Media forum” saytına ) açıqlamasında deyib ki, Bakı şəhərində onların firmasına məxsus 80 qəzet köşkü yığışdırılıb, bir neçəsi isə götürüləcək. Onun sözlərindən məlum olub ki, 80 köşkün götürülməsi nəticəsində “Qasid”də qəzet satışı 40-50 faiz azalıb. "Qasid"in maliyyə durumu pisləşdiyi üçün firma satdığı qəzetlərin pullarını qəzetlərə verməkdə də çətinlik çəkir. Bundan əlavə isə köşklərin yığışdırılması nəticəsində qəzetlərin tirajları aşağı düşüb. Bunun nəticəsində isə qəzetlərə ciddi maddi zərbə dəyir. Hazırda "Yeni Müsavat" və "Azadlıq" qəzeti bu səbəbdən  maddi durumlarının pisləşdiyini bəyan edirlər. "Qasid"in götürülən köşklərinin yerinə qoyulan «Press köşklər»də isə qəzet satışının aşağı səviyyədə olduğu deyilir. Müstəqil qəzetlər tərəfindən keçirilən monitorinqlərin nəticələrinə uyğun olaraq yeni qoyulan köşklərdə qəzet satışının aşağı səviyyədə olduğu, həmin köşklərdə ərzaq, içkilərin və sair əşyaların satıldığı iddia edilir. Müstəqil qəzetlərin rəhbərləri iddia edirlər ki, qəzet satışına bu cür əngəllər yaradılması siyasi qərarla həyata keçirilir və məqsəd qəzet satışını azaltmaqla tənqidi mətbuatı sıradan çıxartmaqdır. Yeni qoyulan qəzet köşklərinin isə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubova məxsus olduğu haqda mətbuatda məlumatlar yayılıb. Qəzetlərin səyyar yayımı isə demək olar ki, sıradan çıxarılıb.
Gozetci.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR