İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanda xalq etiraza qalxdı

2985 17.10.2014 01:52 Son xəbər A A


Bu gün Güney Azərbaycanın Urmiyə şəhərində keçirilən anti terror aksiyasında polislə xalq arasında toqquşmalar yaşanıb, onlarla soydaşımız həbs olunub.

Ümid Partiyasının sədr müavini Rüfət Muradlının Araznews-a istinadla redaksiyamiza verdiyi məlumata əsasən, həmin aksiya bu gün çətinliklə də olsa milli fəalların göstərdiyi cəsarət nəticəsində baş tutmuşdur. Səhər saatlarından Urmiyə şəhərinə Təbriz və Sulduzdan gələn yollar nəzarətdə saxlanılıb.Şəhərin “Mərkəz” meydanı və “İmam” xiyavanı xüsusi təyinatlılarla əhatəyə olunsa da gənclərin qarşısını almaq mümkün olmamışdır. Mülki geyimli təhlükəsizlik işçiləri onlarca milli fəalı tutuqlamışdır. Xüsusi təyinatlılarla xalq arasında qarşıdurmalar da olub və yaralılar var. Həmin aksiyada “ Ölüm olsun Öcalana”, “ Şəhidlər ölməz, Vətən bölünməz” “Türkün torpağı bölünməz” və “Pjak gərək məhv ola”," Ölüm olsun Pejaka- Məhv olsun PKK!" kimi şüarlar səsləndirilib.

Tutulanların sayının təxminən 40 nəfər olduğu deyilir. Onlardan yalnız Ata Kəriminin adı bəlli olub.


Ata Kərimi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR