İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA MİLLİ KOMANDANIN FORMASINDA GERBDƏN NİYƏ İMTİNA EDİB?

2142 17.10.2012 11:35 Son xəbər A A

Hazırda komandamız məhz bu formada meydana çıxır. Teleqraf.az (Teleqraf İnformasiya Agentliyi) xəbər verir ki, yeniliklər deyəndə əslində hansısa ciddi dəyişikliklər nəzərdə tutulmur. Söhbət əsasən Azərbaycanın dövlət atributlarınından imtina olunmasında gedir. Konkret olaraq Azərbaycanın dövlət gerbi  millimizin formasının üzərindən götürülüb. Onun yerində AFFA-nın loqosu öz əksini tapıb.
Maraqlıdır, AFFA prezidentini belə bir addım atmağa sövq edən nədir? Nədən Azərbaycanın futbol üzrə milli komandasının forması üzərində ictimai təşkilatın emblemi olmalıdır?

Ümumiyyətlə, millimizin yeni formasında Azərbaycanın bayrağının rəngləri də öz əksini tapmayıb. Başqa ölkələr futbolçularən geyimində dövlət rəmzlərinin əks olunmasına, uyğun rənglərin seçilməsinə çalışsalar da, nədənsə bizim mötəbər AFFA bu kimi vacib amillərdən qaçır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR