Türk-erməni münasibətlərinə dair yeni kitab
Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsunun türk-erməni münasibətlərindən bəhs edən kitabı nəşr olunub. Musavat.com-un Strategic Outlook türk saytına istinadən verdiyi xəbərə görə, “Ama hangi türkler ve ermeniler” adlı kitabda erməni məsələsi ilə bağlı bir çox qaranlıq qalmış suallara aydınlıq gətirilir.
Kitab üç bölmədən ibarətdir. Burada icmalararası və dövlətlərarası münasibətlərin müxtəlif aspektləri işıqlandırılıb. Həmçinin, Türkiyənin, Azərbaycanın və Ermənistanın bəzi KİV-lərindən seçmə müsahibələr dərc edilib.
Saytın bildirdiyinə görə, unikal sayılan kitab media cameəsinin xüsusi marağına səbəb olub. “Bir sıra suallara bu kitab vasitəsilə cavab tapmaq mümkündür”, - deyə mənbə qeyd edir.
musavat.com