İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qarabağa 90 tank yerləşdirib

6544 11.04.2014 13:42 Son xəbər A A
“Rusiya tankları Laçının bir addımlığındadır. Dünən gecə Rusiyanın Gümrüdə dislokasiya olunan 90 ədəd tank və zirehli texnikası Ermənistanın Gorus bölgəsinin Karaşen yaşayış məntəqəsinə gətirib. Rusiya tankları Laçının bir addımlığındadır”. Bu barədə bir sıra internet resurslarında məlumat yayılıb.
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədovun sözlərinə görə, Rusiyanın hərbi komandanlığı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında yerləşən Ermənistan ekspedisiya korpusunu əlavə tank və zirehli texnika ilə gücləndirməyə başlayıb. Hərbi texnika maskalanmış olsa da peyk vasitəsilə müşahidə olunub”.

Daşqın Gülməmmədov iddia edir ki, yaxın 2 gün ərzində hərbi texnika Xankəndi-Ağcabədi və Ağdərə-Tərtər istiqamətindəki mövgelərə yaxın ərazilərdə yerləşdiriləcək: “Çox güman, Dağlıq Qarabağın Rusiyaya anneksiyasının reallaşdırılmasına başlanacağı təqdirdə Tərtər-Yevlax istiqamətində genişmiqyaslı hücum imitasiya ediləcək. İki gün öncə isə Rusiya Baş Kəşfiyyat İdarəsinin 3 generalı Xankəndiyə ezam olunub. Ermənistan televiziyaları bir həftədir silahlı qüvvələr barədə reportajlar verir”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bu xəbəri reallıqdan kənar sayır. Axar.az-a açıqlama verən Ü. Cəfərovun fikrincə, Rusiya Ukrayna ilə bağlı beynəlxalq təzyiqlər fonunda yenidən üzərinə bu cür yük götürməz: “Rusiya unutmur ki, Azərbaycanın arxasında Türkiyə var. Bununla bərabər isə regionda ən böyük resurslar olan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars layihəyələri mövcuddur. Ona görə də sadə dildə desək, Rusiyanın cəsarəti çatmaz ki, sərhədləri keçsin. Sadəcə olaraq, Ermənistanı rahat etməkdən ötrü manevrlər edir”. 

Ekspert bildirir ki, belə bir xəbərin doğru olduğu ortaya çıxsaydı, Azərbaycan Rusiyaya nota verməli idi: “Açığı, dünən Ukraynanın səfiri ilə görüşümüzdə də mən belə fikir səsləndirdim ki, Putinin ətrafında ağıllı adamlar var. Bunlar Rusiyanın Ukraynaya girməsini düzgün hesab etmirdilər. Ölkənin baş qərargahı Putinin atdığı addımdan narazı idi. Onu bu fikirdən çəkindirməyə çalışırdılar. İndi də Gümrüdəki tankların çıxarılması məsələsi gündəmə gəlir. Ermənistanla Rusiya arasında birgə təlimlər var. Əgər belə bir durum varsa, Xarici İşlər Nazirliyimiz Müdafiə Nazirliyi vasitəsilə bu xəbəri yoxlamalıdır. Belə bir fakt mövcud olarsa, o zaman Rusiyaya nota təqdim edilməlidir ki, bu, beynəlxalq miqyasda tanınan Azərbaycan əraziləridir”.  

Üzeyir Cəfərov rus tanklarının Qarabağa yeridilməsi ilə Rusiyaya əlavə problemlərin yaranacağını deyib.
 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR