İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiprdə Nizami Gəncəvi barədə konfrans keçirilib

758 30.11.2013 20:24 Son xəbər A A
Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti Kiprdəki fəaliyyətini uğurla davam etdirir. Belə ki, cəmiyyət qarşısına qoyduğu məqsədlərə nail olmaq, yəni Azərbaycanı hər tərəfli Kiprdə təmsil etmək, mədəniyyət və incəsənətini Kiprdəkilərə daha yaxından tanıtmaq, Azərbaycan ideyasını burada yaymaq məqsədilə müxtəlif layihələr, elmi-beynəlxalq konfranslar sərgilər və s həyata keçirir ki, bu dəfə adı çəkilən qurum Şimali Kiprdə yerləşən Yaxın Doğu Universiteti ilə əl-ələ verərək Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Nizami Gəncəviyə həsr olunmuş “N.Gəncəvinin Azərbaycan türk ədəbiyyatındakı yeri” adlı beynəlxalq konfrans reallaşdırıb. 

Tədbirdə Yaxın Doğu Universitetinin prorektoru, professor Fəxrəddin Sadıqoğlu çıxış edərək, qonaqları salamlayıb. O, bu günə qədər bir çox konfranslar həyata keçirdiklərini iştirakçıların nəzərinə çatdıraraq, keçirilən konfransın məqsəd və əhəmiyyətindən söz açıb və əməyi kerçən hər kəsə öz minnətdarlığını bildirib. 

Daha sonra Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri, gənc fəal diasporaçı Orxan Həsənoğlu çıxış edərək AKDC ideologiyasından bəhs edib. O, hər zaman bir QHT olaraq Kiprdəki azərbaycanlıların yanında olmağa çalışdıqlarını və hər fürsətlərində Azərbaycanın adını yüksəklərə qaldırmağı amallarından biri olduğunu xatırladaraq, gənclərə önəmli mesajlar verib. Bundan sonra N.Gəncəvi ilə bağlı düşüncələrini bölüşən natiq qeyd etdi ki, N.Gəncəvi elə əsərlər yazdı ki, hazırda da onun əsərləri öz aktuallığını itirmir. Bundan başqa o, şairin doğulub boya başa çatdığı Gəncə şəhərinin 2016-cı ilin “Avropa gənclər paxtaxtı” seçildiyin bildirib. 

Açılış çıxışlarından sonra söz Gəncə Dövlət Üniversitetinin Professoru, Nizamişünas Xəlil Yusifliyə verildi. Professor X.Yusifli Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun dünyada geniş tanınmasının tarixi və yüksək dəyərli əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının yaradıcılıq fəaliyyətinə müsbət təsiri, dünyanın bir çox ölkələrinin muzeylərində, kitabxanalarında qorunub saxlanılan əlyazmaları və əsərləri haqqındakı məlumatlar və öz düşüncələrini iştirakçılarla paylaşdı. 

Tədbirdə N.Gəncəviyə həsr olunmuş video-çarx nümayiş edildi. Təşkil olunmuş konfrans zamanı auditoriyanın çoxsaylı sualları cavablandırıldı və mövzu ilə əlaqədar müzakirələr aparıldı. Konfransda elm, tədqiqat və təhsil dairələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər. 

Qeyd edək ki, tədbir Yaxın Doğu Universitetinin tələbəsi, gənc şair Raul Dinyevin aparıcılığı və həmçinin onun da böyük əməyinin sayəsində baş tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR