İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda terrorçuluqda İran vətəndaşının məhkəməsi başlayıb

734 05.09.2013 14:20 Son xəbər A A
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Proses günün ikinci yarısında davam etdiriləcək.
 
Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-ci (terrorçuluq), 206-cı (qaçaqmalçılıq),  276-cı (casusluq) və  234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR