İnsanlara hürriyət, millətlərə istiqlal!

Son üç ayda Azərbaycanda körpələrə daha çox hansı adlar verilib? - SİYAHI

2869 02.04.2016 15:09 Ölkə A A
Bu ilin ötən müddəti ərzində doğulan oğlan uşaqlarına daha çox yenə də Yusif adı verilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, son üç ayda doğulan oğlan uşaqlarından 566-sı Yusif adlandırılıb.

Daha sonrakı yerlərdə Hüseyn (394), Əli (355), Ömər (281), Murad (224) adları yer alıb.
Siyahıda onluğa düşən adlar Tunar (215), Məhəmməd (214), Ayxan (205), Uğur (205), İbrahim (161) adları olub.

Doğulan qız uşaqlarına verilən adlar arasında isə Zəhra (472) birincidir.
Siyahıda onluqda Nuray (402), Zeynəb (311), Fatimə (304), Aylin (299), Məryəm (267), Ayan (260), Mələk (230), Səma (193), Mədinə (176) adları yer alıb.
Bu il qızlara qoyulan adlar arasında Dəniz (171), İnci (138), Damla (72) kimi adlar da üstünlük təşkil edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR